Sizin reklam burada 728×90
Son dəqiqə

Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər

10.05.2025 17:39 419 1 dəq oxunur
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Hindistan və Pakistan rəsmi Vaşinqtonun vasitəçiliyilə tam atəşkəs barədə razılığa gəliblər.

ABŞ Prezidenti Donald Tramp bu barədə sosial şəbəkələrdə yazıb.

"ABŞ-nin vasitəçiliyilə uzun çəkən gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılığa gəldiyini elan etməkdən məmnunam", - o qeyd edib.

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar isə öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiqləyib.

"Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər. Pakistan həmişə öz suverenliyi və ərazi bütövlüyünə xələl gətirmədən regionda sülh və təhlükəsizliyə çalışıb", - İ.Dar sosial şəbəkə hesabında yazıb.

Hindistan da öz növbəsində Pakistan ilə hərbi əməliyyatların dayandırılmasını və atəşkəsi təsdiqləyib.

"Hindistan və Pakistan arasında atəşkəs və hərbi əməliyyatların dayandırılması birbaşa iki ölkə arasında razılaşdırılıb", - Delhidən vurğulayıblar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az