Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

17.05.2025 10:07 245 1 dəq oxunur
ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində idman zalında baş verən atışmada hücum edən şəxs də daxil olmaqla azı iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

Bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Las-Veqas polisinin kapitanı Esmeralda Boveda bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək, idman zalının qapısında odlu silahla dayanmış bir kişini aşkarlayıblar. Atıcı binadan qaçıb, polis əməkdaşları ona atəş açıb, sonra isə onu saxlayıblar.

"Tibb işçiləri gəlib və şübhəli şəxsi xəstəxanaya aparıblar, o, sonra orada ölüb. Atışma zamanı ölən şəxsin meyiti də hadisə yerində, binanın içərisində tapılıb. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır", - Boveda bildirib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az