Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib - Peskov

02.07.2025 16:01 245 1 dəq oxunur
Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib - Peskov
Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov Azərbaycan və Ukrayna prezidentləri arasında baş tutan telefon danışığını şərh edib.

O bu zaman Rusiyanın heç vaxt Azərbaycanı təhdid etmədiyini, indi də etmədiyini bildirib.

"Ukrayna odun üstünə yağ tökmək, Azərbaycan tərəfini emosional hərəkətləri davam etdirməyə təhrik etmək üçün əlindən gələni edəcək. Bunu proqnozlaşdırmaq çox asandır. Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir",- Peskov deyib.

O, qeyd edib ki, Yekaterinburqdakı həbslər Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı da daxil olmaqla cinayətlərin istintaqı çərçivəsində həyata keçirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az