Sizin reklam burada 728×90
Son dəqiqə

Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir

29.08.2025 15:05 622 1 dəq oxunur
Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır.

Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ali səviyyədə istənilən görüş yaxşı hazırlanmalıdır ki, əvvəlcə ekspert səviyyəsində həyata keçirilməli olan işləri yekunlaşdırmaq mümkün olsun", - D.Peskov bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az