İstehlakçıların Amerika brendlərinə marağı azalıb.
Bu barədə "McDonald's" fastfud restoranlar şəbəkəsinin baş direktoru Kris Kempçinski CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu tendensiya dünyada ABŞ-nin imicinə olan münasibətin pisləşməsi ilə bağlıdır:
"Biz dörd qlobal istehlakçı sorğusu keçirdik və soruşduq: "Amerikaya bir ölkə kimi necə baxırsınız? Amerika brendlərinə münasibətiniz necədir? "McDonald's" barədə nə düşünürsünüz?" Gördük ki, Amerikanın ətrafındakı aura bir qədər solğunlaşıb".
O həmçinin əlavə edib ki, aparılan araşdırmaya əsasən, bu imic dəyişikliyi "McDonald's" brendinə təsir etməyib.