Sizin reklam burada 728×90
Son dəqiqə

Son 60 ildə adambaşına düşən meşə sahəsi üç dəfə azalıb

07.08.2022 13:57 496 1 dəq oxunur
Son 60 ildə adambaşına düşən meşə sahəsi üç dəfə azalıb
1960-cı ildən bəri dünyada meşə sahəsi 81,7 milyon hektar (adambaşına nisbətdə 60%) azalıb.

bakunews.az
oxu.az-a istinadən xəbər verir ki, bu qənaətə yapon alimləri torpaqdan istifadə ilə bağlı qlobal məlumatları təhlil etdikdən sonra gəliblər.

Onların fikrincə, belə hal ekosistemləri və insanların rifahını təhdid edir.

"Meşələrin daimi itkisi və deqradasiyası ekosistemlərin bütövlüyünə təsir edir, onların biomüxtəlifliyi dəstəkləmək qabiliyyətini azaldır. Bu, həmçinin bütün dünyada, əsasən də həyatı bu və ya digər şəkildə meşədən asılı olan inkişaf etməkdə olan ölkələrdə 1,6 milyard insana təsir edir", - tədqiqatçılar bildiriblər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az