Sizin reklam burada 728×90
Son dəqiqə

İsrailin müdafiə nazirindən Hizbullaha görə Livana sərt ultimatum: Bədəlini ödəyəcəksiniz

07.03.2026 16:14 163 1 dəq oxunur
İsrailin müdafiə nazirindən Hizbullaha görə Livana sərt ultimatum: Bədəlini ödəyəcəksiniz
İsrailin müdafiə naziri İsrael Katz Hizbullahla hərbi əməliyyatların intensivləşməsi fonunda Livan Prezidenti Jozep Auna müraciət edib.

O, Beyrutun atəşkəs razılaşmasında göstərildiyi kimi, İran tərəfindən dəstəklənən qruplaşmanı tərksilah etmək öhdəliyini yerinə yetirmədiyini bildirib.

“Razılaşmanı yerinə yetirməyi və Hizbullahı tərksilah etməyi öhdənizə götürdünüz, amma bu, baş vermir. Biz daha çox şey etmədən siz hərəkətə keçin və tədbir görün. Yaşayış məntəqələrimizə və əsgərlərimizə hücumlara icazə verməyəcəyik”, - müdafiə naziri deyib.

Onun sözlərinə görə, əgər tərəflər toqquşarsa, Livan hökuməti və bütün Livan tam bədəl ödəyəcək.

“Əgər (Həsən) Nəsrullah Livanı məhv edibsə, Naim Qasim (Hizbullah lideri) də bu yolda onu məhv edəcək”, - Katz xəbərdarlıq edib.

O, İsrailin Livandan heç bir ərazi tələbi olmadığını əlavə edib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az