Sizin reklam burada 728×90
Son dəqiqə

“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini silib

21.06.2022 01:52 503 1 dəq oxunur
“YouTube” Semyon Peqovun “Wargonzo” səhifəsini silib
“YouTube” videohostinqi Azərbaycana qarşı qərəzli mövqeyilə seçilən, İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan bir müddət sonra yalan xəbərlər yayan rusiyalı jurnalist Semyon Peqovun “Wargonzo” səhifəsini silib.

"bakunews.az" oxu.az istinadən bildirir ki, bu barədə layihənin “Telegram” kanalında bildirilib.

Silinməyə səbəb səhifədə Ukraynadakı müharibə ilə bağlı həqiqətə uyğun olmayan süjetlərin yayımı olub.

Qeyd edək ki, hazırda videoservisdə “Wargonzo”nun yeni səhifəsi fəaliyyət göstərir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az