Sizin reklam burada 728×90
Son dəqiqə

Borrel: “Ümidvaram ki, Türkiyə müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”

23.08.2022 10:08 507 1 dəq oxunur
Borrel: “Ümidvaram ki, Türkiyə müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel arasında telefon danışığı olub.

bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə Borrel tviterdə yazıb.

“Mən Ukrayna taxılının ixracına dair BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım. Avropa İttifaqnın sanksiyalarının təsirini müzakirə etdim və ümidvaram ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”, - Borrel yazıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az