Sizin reklam burada 728×90
Son dəqiqə

“Mercedes-Benz” Rusiyadakı zavodunu satacaq

28.08.2022 13:25 525 1 dəq oxunur
“Mercedes-Benz” Rusiyadakı zavodunu satacaq
Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" şirkəti Rusiyanın Moskva vilayətindəki avtomobil istehsalı zavodunu satmaq niyyətindədir.

bakunews.az report-a istinadən xəbər verir ki, alıcı "Avtodom" şirkətinin Rusiya dileri ola bilər. "Mercedes" bildirib ki, şirkət Rusiya Federasiyasında biznes qurmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Bundan əvvəl "Mercedes-Benz"in distribütoru "Mercedes-Benz Rus"un əmlakını Rusiya dilerlərindən birinə satmaq istədiyi və distribütorun hüquqlarının ona da keçməsini müzakirə etdiyi bildirilirdi.

Əgər Rusiya şirkəti zavodu alsa, ondan alman markalı avtomobillərin yığılması üçün istifadə edə bilməyəcək, çünki bu, çoxlu sayda səlahiyyətli komponent istehsalçılarından təchizat tələb edir ki, bu da qərargahın dəstəyi olmadan mümkün deyil.

"Mercedes-Benz"in ikinci rüb üçün hesabatında Rusiyadakı aktivlərinin müsadirə edilməsi riskləri qeyd olunur və yanvar-iyun aylarında ölkədə sərnişin seqmentində biznes itkisi 658 milyon avro dəyərində qiymətləndirilir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az