Sizin reklam burada 728×90
Son dəqiqə

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi

01.08.2022 13:42 592 1 dəq oxunur
Dəhşətli qəzada ölənlərin kimliyi bilindi
İyulun 31-i saat 1 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində baş vermiş dəhşətli qəzada ölən gənclərin şəxsiyyəti müəyyənləşib.

bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Xəzər Babayevin idarə etdiyi “Mercedes C Class” markalı avtomobilin “QAZel” markalı yük maşınına çırpılması nəticəsində vəfat edən şəxslərin Bakı şəhər sakini Famil Məmmədli və Sumqayıt şəhər sakini Tamerlan Qasımlı olması müəyyən edilib. Xəzər Babayev və digər iki sərnişin xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisədən sonra ilkin baxış zamanı vəfat edən 20-25 yaşlı gənclərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdı.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az