• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ulyanovsk şəhərində Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər təşkil edilib - FOTO

Dünya

12-05-2023, 20:24

Rusiyanın Ulyanovsk şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilib.

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatı tərəfindən təşkil olunan tədbirlərdə Azərbaycan Milli Məclisi, Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi təmsilçilərinin daxil olduğu nümayəndə heyəti, yerli hakimiyyətin rəsmi şəxsləri, Ulyanovsk şəhər Dumasının deputatları, yerli ictimaiyyətin nümayəndələri, Ulyanovsk və Privoljsk Federal Dairəsi üzrə Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.

Tədbirlər Heydər Əliyevin adını daşıyan 78 saylı orta məktəbin fəaliyyəti ilə tanışlıqdan başlayıb. Qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dərsi izləyiblər. Məktəblilərin ifasında Azərbaycan dilində şeirlər səsləndirilib, milli rəqslərimiz nümayiş etdirilib. Qeyd edək ki, Heydər Əliyev Fondunun layihəsi əsasında əsaslı təmir olunmuş məktəbdə Azərbaycan tarixini və mədəniyyətini əks etdirən muzey də fəaliyyət göstərir.
Heydər Əliyev adına meydanda davam etdirilən tədbir zamanı xalqımızın ümummilli liderinin burada ucaldılmış heykəli ziyarət olunub. Abidənin önünə güllər düzülüb və dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Abidənin önündə çıxış edən Ulyanovsk şəhər dumasının sədri İlya Nojeçkin bildirib ki, Heydər Əliyev təkcə siyasi və dövlət xadimi kimi deyil, həm də Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsində və inkişafında çox böyük rol oynayan şəxsiyyət kimi tarixdə qalıb. “Heydər Əliyev Ulyanovska dəfələrlə gəlmişdi. O, Ulyanovskda “Aleksandr Suvorov” motorlu gəmisinin qəzasının səbəblərini araşdırmaq və nəticələrinin aradan qaldırılması üzrə dövlət komissiyasına rəhbərlik edib, 1984-cü ildə Prezident körpüsünün tikintisi ilə bağlı qərarın qəbulunda fəal iştirak edib”, - deyə spiker xatırladıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından tədbir iştirakçılarını salamlayan Komitə sədrinin müavini Vaqif Seyidbəyov xalqımız üçün böyük əhəmiyyət daşıyan tarixi gündə silsilə tədbirlərin təşkilinə görə vilayət rəhbərliyinə və “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri İslam Hüseynova minnətdarlığını bildirib. Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dahi şəxsiyyətə həsr olunmuş tədbirlərin keçirildiyini vurğulayıb. Heydər Əliyevin fərmanı ilə 2002-ci ildə yaradılmış Komitənin hazırda dünyanın müxtəlif ölkələrində ulu öndərə həsr olunmuş silsilə tədbirlərdə iştirak etdiyini söyləyib. Komitənin dünyanın 70 ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq etdiyini vurğulayan sədr müavini qeyd edib ki, bu işlərin əsasında Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və Azərbaycançılıq ideologiyasını inkişaf etdirməsi dayanır. “Burada Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, irimiqyası fəaliyyətindən danışıldı. Azərbaycanla Rusiya arasında qarşılıqlı münasibətlər barədə müsbət fikirləri dinlədik. Əlbəttə, bu, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu siyasi irsdən irəli gəlir. Düşünürəm ki, Azərbaycan diasporu bu qarşılıqlı əlaqələrin daha da inkişaf etməsində körpü rolunu oynayır”, - deyə sədr müavini nəzərə çatdırıb.

Milli Məclisin üzvü Emin Hacıyev Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın salamını tədbir iştirakçılarına çatdırıb: “Bu əhəmiyyətli gündə – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyində burada olmaq çox xoşdur. Bu gün onun böyük uzaqgörənliklə və müdrikliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Biz Azərbaycanın böyük oğlunun xatirəsini ehtiramla xatırlayan hər bir Ulyanovsk sakininə minnətdarıq”.
“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri İslam Hüseynov bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Rusiyada ilk abidəsi bu şəhərdə ucaldılıb: “Heydər Əliyev kimi qüdrətli şəxsiyyət təkcə Azərbaycanın taleyində deyil, həm də Rusiya ilə yeni mehriban qonşuluq münasibətlərinin qurulmasında çox böyük rol oynayıb. 30 il əvvəl biz bu məsələnin nə qədər ciddi olduğunu başa düşmürdük. Lakin Heydər Əliyev bütün riskləri aydın görür, ona görə də ədaləti, hörməti, xoş niyyəti dövlət siyasətinin əsasına qoyurdu. Rusiya ilə səmimi və xoş münasibətlər Heydər Əliyev irsinin böyük bir hissəsidir. Bu, onun böyük xidmətləridir, buna görə biz həmişə minnətdar olacağıq”.
Diaspor rəhbəri tədbirin təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkixə və komandasına təşəkkür edib.

Sonra “Yeni nəsil” idman-sağlamlıq kompleksində Heydər Əliyevin yubileyinə həsr olunmuş cüdo üzrə “Xalqlar Dostluğu Kuboku” regionlararası turnir keçirilib. Turnirdə Rusiyanın 15 regionundan 350-dən çox idmançı iştirak edib. Tədbirin açılış mərasimində çıxış edən MM üzvü Emin Hacıyev bildirib ki, bu qədər güclü gəncin ümummilli liderimiz Heydər Əliyevin adı ətrafında bir araya gəlməsi təsiredici amildir: “Belə addımlar xalqları yaxınlaşdırır, ölkələrə dostluq etməkdə kömək edir”.

Turnirin sonunda qaliblərə kubok və mükafatlar təqdim olunub.

Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkixlə Azərbaycan nümayəndə heyətinin görüşündə Heydər Əliyevin müasir Azərbaycan dövlətinin möhkəmləndirilməsində, ölkələrimiz arasında ikitərəfli münasibətlərinin inkişafında misilsiz və əvəzsiz xidmətlər göstərməsindən danışılıb. “Biz Ulyanovsk vilayətinə misilsiz yardım göstərən görkəmli siyasi xadiminin xatirəsini ehtiramla yad edirik”, - deyə Aleksey Russkix bildirib.
Ulyanovskdakı Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən qubernator azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasının səviyyəsindən məmnun olduğunu söyləyib.

Təhsil, gənclər və idman sahələrində müştərək layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyədtinin adından qubernatora xatirə hədiyyələri təqdim edilib.

Tədbirlər silsiləsi “Qubernator” Mədəniyyət sarayında Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan! Sənə mahnı oxuyuram!” adlı təntənəli konsertlə yekunlaşıb.

Konsert proqramında Azərbaycanın əfsanəvi sənətkarı Müslüm Maqomayevin repertuarından mahnılr və Azərbaycan bəstəkarı Oqtay Zülfüqarovun “Sevin, xalqım” üverturası təqdim olunub. Mahnılar “Qubernator” Ulyanovsk Dövlət Akademik Simfonik Orkestrinin müşayiətilə Rusiyanın “Bolşoy” Teatrının və Perm Akademik Opera və Balet Teatrının solisti Konstantin Suçkovun ifasında səsləndirilib. Konserti orkestrin baş dirijoru Eduard Dyadyura idarə edib.
Konsertin sonunda musiqiçilərə və tədbir iştirakçılarına minnətdarlığını bildirən DİDK-nın sədr müavini Vaqif Seyidbəyov bildirib ki, Ulyanovskda Heydər Əliyevin və Müslüm Maqomayevin çox sevildiyi, hər zaman sevgi ilə anıldığı, onlara həsr olunmuş tədbirlərin keçirildiyi barədə məlumatı var idi: “Amma indi öz gözlərimlə bunu gördüm. Reallıq bütün gözləntilərimizi aşdı. Konsert möhtəşəm idi. Diasporumuz çox güclü işləyir”.















Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Video

16-05-2023, 00:01

Londonda Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb - VİDEO

Dünya / Mədəniyyət

26-04-2023, 17:39

Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib

Dünya

15-05-2023, 21:54

Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO

Mədəniyyət

7-03-2023, 00:40

Görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyi Sürixdə qeyd edilib - FOTO

İdman

7-05-2023, 19:32

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib - FOTO

Dünya

10-05-2023, 20:28

Niderlandda Heydər Əliyevin 100 illiyi münasibətilə poçt markası buraxılıb - FOTO

İdman

7-05-2023, 19:31

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

İqtisadiyyat

16-03-2023, 20:16

İqtisadiyyat Nazirliyində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib - FOTO

Dünya

2-05-2023, 19:29

Rotterdamda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil edilib - FOTO

Dünya

4-05-2023, 20:19

Tallinndə Heydər Əliyevin 100 illiyi münasibətilə “Əbədilik” adlı təntənəli konsert keçirilib - FOTO

Dünya

13-05-2023, 19:47

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib - FOTO

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Dünən, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Dünən, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Dünən, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Dünən, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Dünən, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Dünən, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dünən, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Dünən, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Dünən, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Dünən, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Dünən, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Dünən, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Dünən, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Dünən, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Dünən, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dünən, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dünən, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dünən, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Dünən, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Dünən, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Dünən, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Dünən, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • 27-09-2026, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • 27-09-2026, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • 27-09-2026, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • 27-09-2026, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • 27-09-2026, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • 27-09-2026, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • 27-09-2026, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə