• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycanlı hüquqşünas Fransa radiosunda debata çıxdığı erməni jurnalistinin iddialarını alt-üst edib

Dünya

11-06-2023, 21:38

Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı keçirilib.

Mark Borovskinin aparıcılığı ilə idarə olunan “Azad mübahisələr” proqramında baş tutan debat zamanı Qarabağ münaqişəsinin tarixi, münaqişənin inkişafı, Fransanın rolu kimi mövzular müzakirə edilib və suallar cavablandırılıb.

Bu debatı təşkil etdiyi üçün radioya təşəkkürünü bildirən Zaur Sadıqbəyli öncə Azərbaycan həqiqətlərinin Fransanın kütləvi informasiya vasitələrində səsləndirilməsinə yol verilmədiyinə, Azərbaycan icmasının mövqeyinin fransız ictimaiyyətinə çatdırılmasına əngəllər törədildiyinə görə Makron hakimiyyətini sərt tənqid edib.

Sonra qalmaqallı bəyanatlar müəllifi olan erməni jurnalistinin “Qarabağ qədim zamanlarda böyük Ermənistan imperiyasının tərkib hissəsi olub”, “Azərbaycan o vaxt heç olmayıb”, “ermənilər dünyada birinci xristian xalq olub”, “XX əsrin əvvəllərində Qafqazda müstəqil dövlətlər yaradılanda Qarabağ Ermənistanın tərkibində idi”, “Stalin onu Azərbaycana verib”, “Bunun nəticəsində 1988-ci ildə ermənilər Dağlı Qarabağ iddiasını irəli sürüblər və müharibə başlayıb” kimi absurd iddialarını faktlar və dəlillərlə rədd edib.

İrəvanda doğulduğunu xatırladan Zaur Sadıqbəyli bildirib ki, ermənilərin Qarabağla bağlı yanlış narrativlərini çox eşidib, halbuki münaqişə artıq keçmişdə qalıb. “Bilirsiniz, 2000 ildən sonra biz deyə bilmərik ki, 2000 il əvvəl “Böyük Ermənistan” olub...”, - deyə soydaşımız sarkazmla cavab verib.

Qars, Kürəkçay müqavilələrini, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi dövrdə İrəvan şəhərinin Ermənistana, bolşeviklərin hakimiyyəti dövründə
Qarabağın dağlıq ərazisinə muxtariyyət verilməsi faktlarını diqqətə çatdırıb: “Rusiya Baş Qərargahının XVIII-XIX əsrləri əhatə edən bütün xaritələrində nəinki Qarabağda, eləcə də Ermənistanın özündə bütün toponimlər Azərbaycan dilindədir. Bu o deməkdir ki, azərbaycanlılar dəhşətli ərazi itkilərinə və deportasiyalara məruz qalıblar. İndiki Ermənistan ərazisinin 95%-ni əhatə edən torpaqlarda azərbaycanlılar yaşayıblar. Mənim ulu babalarım orada doğulub. 1918-ci ilin mayın 28-də elan olunmuş Azərbaycan Respublikası sülh əldə etmək ücün zorən İrəvan şəhərini erməni daşnak hökümətinə verməli oldu.
Beləliklə, mənim ulu babalarım sağ qala bildilər. Bu sənəd hec vaxt ratifikasiya olmayıb, amma mövcuddur”.

Zaur Sadıqbəyli bildirib ki, Emənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və varislərinin təmsil olunduqları 600 minlik Qərbi Azərbaycan İcması baş nazir Nikol Paşinyana müraciət edərək, Ermənistana qayıtmaları üçün şərait yaradılmasını tələb ediblər: “Ermənistanda mövcud olan doktrinaya görə, biz vətəndaşlıq hüquqlarımızdan məhrum olunmuşuq.
Ermənistanda yer və qan hüququna malik olan şəxs kimi mən və digər 600 000 soydaşımız Ermənistana hər an qayıda bilməliyik”.

Zaur Sadıqbəyli xatırladıb ki, 11 yaşı olarkən qardaşı ilə birlikdə Ermənistanda “Qarabağ ermənilərindir” sözünü deməkdən imtina etdikləri üçün erməni qonşuları tərəfindən mismarlı taxtalarla döyülüblər və sol qolunda indiyədək həmin işgəncənin izi qalıb.

Leo Nikolyanın “sizə kömək edən ermənilər də vardı” iddiasını rədd edən soydaşımız ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərə diqqti cəlb edib. “Xeyr. Biz 1988-ci ilin mayın 26-da Ermənistanı tərk etdik və mən hec vaxt Ermənistana qayıda bilmədim. Bizim ailəmizdən sonra bir azərbaycanli da oradan sağ cıxa bilmədi. 100 nəfərin əksəriyyəti orada həlak olub. 219 nəfərin siyahısı var, amma (ən azı) yüzdən coxu Ermənistanda qətlı yetirilib. Bu haqda kimsə danışırmı?”, - deyə ritorik sual səsləndirib.

Azərbaycanın Laçın yoluna nəzarəti öz üzərinə götürməsi məsələsinə aydınlıq gətirən soydaşımız qeyd edib ki, yol hərəkət üçün acıqdır. Halbuki istənilən ölkədə, o cümlədən Fransada bir qrup insan “biz müstəqil olmaq istəyirik, cünki bizim dilimiz başqadır” deyərsə, bu, ölkədaxili separatcılıq kimi qiymətləndirilir: “Bu gün Azərbaycanın yanaşması cox sadədir. Hər hansı bir şəxs Azərbaycanın Konstitusiyasını, qanunlarını və ərazi bütövlüyünü qəbul edirsə, ölkəmizdə yaşaya bilər”.

Leo Nikolyanın dilə gətirdiyi “Əqər Korsika Fransadan müstəqillik istəsə, Makron referendumu qəbul etsə...” ifadəsini aparıcı Mark Borovski yarıda kəsib: “Amma o (Makron) bunu qəbul etməyəcək”.

Erməni jurnalisti bu məqamda özünə hakim ola bilməyib və Makronu diktator adlandırıb: “Əlbəttə, cünki Makron gizlı diktatordur. Əlbəttə, o, hec vaxt korsikalıların, qaskonların və digərlərinin müstəqillyini qəbul etməyəcək...”.

Zaur Sadıqbəylinin erməni jurnalistinə cavabı belə olub: “Cənab Nikolyan, siz bilirsiniz ki, dünyada hec bir ölkə öz ərazisinin bir hissəsinin qoparılmasını qəbul etməz. Fransızlar da (razı olmaz). Avropada sonuncu (problem) olan Kataloniya idi. İspaniyada da eyni şey oldu. Sabah belə qopma məsələsini Fransada qoyun referenduma. Fransızlar onu rədd edər. Bilirsiniz niyə? Cünki Konstitusiyanın birinci maddəsində “Fransa vahid və bölünməz ölkədir” yazılıb. Bunu başa düşürsünüz? Qarabağ da Azərbaycanın bir bölgəsidir”.

Aparıcı Mark Borovski dünya birliyinin, o cümlədən Fransa, Almaniya və ABŞ-ın Qarabağın Azərbaycan torpağı olduğunu rəsmən tanıdığını xatırladanda, Leo Nikolyan “Makron elə özü ermənilərə dedi (bunu)” etirafını boynuna alıb.

Zaur Sadıqbəyli bildirib ki, artıq Avropa Birliyinin vasitəçiliyi ilə aparılan danışıqlarda tərəflər qarşılıqlı olaraq Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər.

Leo Nikolyan isə növbəti qalmaqallı ifadəsini dilə gətirib: “Blirsiniz ki, mən Avropaya qarşıyam... Şarl Mişel, bağışlayın məni, bir kukladır. Yanında səhər, günorta və axşam Azərbaycana baş əyən o sarışın xanım Ursula van der Leyen olanda, ona hər şey vermək istəyir. Çünki bizə Azərbaycanın verdiyi qaz və neft
lazımdır Rusiyaya nəzarət etmək üçün...”.

Aparıcı “dayanın, amma Fransanın, Avropanın Ermənistanla bağları var və böyük erməni icması var” və “Fransa bu gün Azərbaycanı seçdi?” fikirlərinə erməni jurnalist “Makronun Fransa hökuməti korrupsiyadan, puldan, çılğın xəmirdən başqa bir şey deyil” cavabını verib. Fransanı “Qarabağ müharibəsi zamanı 7000 erməni əsgərini öldürmək üçün istifadə edilən 2 peyki Azərbaycana satmaqda”, “erməni ordusuna təlim keçmək üçün aşağı dərəcəli zabitlər və əsgərlər göndərməkdə”, Fransanın Ermənistandakı səfiri Ann Luyonu Azərbaycanın xeyrinə casusluq etməkdə və korrupsiyada ittiham edib.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfirliyi erməni jurnalistin səfirin ünvanına səsləndirdiyi casusluq və korrupsiya ittihamının əsassız və həqiqətə uyğun olmadığını bəyan edib.

Erməni əsilli jurnalist Leo Nikolyan Livanda anadan olub. Fransa televiziyasında çalışıb. 1991-1994-cü illərdə Qarabağda hərbi jurnalist olub, 1997-2003-cü illərdə Ermənistanda, 2023-cü ilin mayından Rusiyada çalışır.

https://www.radiocourtoisie.fr/2023/05/20/libre-journal-des-controverses-du-2023-le-conflit-au-haut-karabagh/#author_page

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

14-12-2022, 15:11

Azərbaycan əsilli hüquqşünas Cenevrə Universitetindəki tədbirdə ermənipərəst siyasətçiləri ifşa edib

Siyasət

9-08-2022, 13:23

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

Hadisə

3-08-2022, 15:08

Fransa Azərbaycana 130 minaaxtaran detektor hədiyyə edib

Gündəm / Siyasət

14-12-2022, 19:13

Kanada mətbuatı Makronun Azərbaycana qərəzli münasibətindən yazıb

Siyasət

30-01-2023, 19:54

İcmamız Hyuston şəhər meriyası önündə ekoterrora etiraz edib

Dünya

7-03-2023, 22:22

Ottavada Azərbaycan icması ilə görüş olub - FOTO

Siyasət / Dünya

13-03-2023, 23:20

ABŞ mətbuatında Qərbi Azərbaycan qaçqınlarının taleyindən bəhs edilib

Dünya

3-04-2023, 21:56

İsveçrədəki soydaşlarımız Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyib

İqtisadiyyat

25-08-2022, 12:44

Laçın dəhlizinə alternativ yolla hərəkət yaxın bir həftədə mümkün olacaq

Dünya

24-02-2023, 20:09

Kanada mətbuatı Qərbi Azərbaycandan yazıb

Mədəniyyət

12-08-2022, 13:16

Qarabağ müharibəsinin həqiqətləri Fransada beynəlxalq sərgidə nümayiş olunur

Siyasət

5-08-2022, 12:23

Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Dünən, 14:42
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:30
Bakı-Quba yolunda qəza olub, ölən var
14-10-2026, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
Xəbər lenti
  • Dünən, 19:00
    Fransada etiraz aksiyaları davam edir
  • Dünən, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • Dünən, 18:00
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • Dünən, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • Dünən, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • Dünən, 16:36
    Zelenski: Təəssüf ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ləğvini davam etdirəcək
  • Dünən, 16:12
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Dünən, 14:42
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Dünən, 14:26
    “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
  • Dünən, 14:17
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Dünən, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Dünən, 13:19
    Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
  • Dünən, 13:08
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Dünən, 12:59
    Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
  • Dünən, 12:39
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Dünən, 12:04
    "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
  • Dünən, 11:32
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Dünən, 11:22
    “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
  • Dünən, 10:54
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Dünən, 10:29
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Dünən, 09:52
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Dünən, 09:35
    ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
  • Dünən, 09:23
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 19:00
    Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
  • 16-10-2026, 18:30
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:16
    "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
  • 16-10-2026, 18:07
    Ukraynada keşiş 3 nəfəri güllələyib
  • 16-10-2026, 17:30
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • 16-10-2026, 17:20
    Ramiz Mehdiyev YAP-dan xaric edildi
  • 16-10-2026, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • 16-10-2026, 16:34
    Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
  • 16-10-2026, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • 16-10-2026, 16:05
    Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
  • 16-10-2026, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • 16-10-2026, 15:24
    “ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə