“Fransa azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycanı dəstəkləyir”.
bakunews.az report-a istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa tərəfi bu məsələdə ANAMA ilə əməkdaşlıq edir, minatəmizləmə avadanlıqlarının tədarükünə dəstək verir: “Təəssüf ki, buna baxmayaraq, minalar insanların həyatına son qoymaqda davam edir”.
Z.Qross Fransa ilə Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib: "Hər iki ölkə sabitliyin və rifahın daha da möhkəmləndirilməsi naminə əməkdaşlığı gücləndirir".
bakunews.az