Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiyada 9-cu sinif şagirdi terror törətməyə hazırlaşarkən saxlanıldı

29.08.2023 20:08 430 1 dəq oxunur
Rusiyada 9-cu sinif şagirdi terror törətməyə hazırlaşarkən saxlanıldı
Rusiyanın Krasnoyarsk şəhərindən olan 9-cu sinif şagirdi yerli bazarda terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə regionun hüquq-mühafizə orqanlarından xəbər verilib.

“Krasnoyarskda gimnaziyalardan birinin 16 yaşlı şagirdi əldəqayırma partlayıcı qurğu üçün komponentlər alarkən saxlanılıb”, - deyə mənbədən bildirilib.

Hüquq-mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, o, partlayışı Kirov rayonundakı bazarda törətməyi planlaşdırıb və kafelərdən birinin yaxınlığında saxlanılıb.
Axtarış zamanı onun üzərindən kimyəvi maddələr və tüstü bombaları aşkar edilib.

Yeniyetmə haqqında cinayət işi başlanıb.

Mənbə: TASS
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az