• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əliyev-Rəisi danışıqları: Ermənistan üzərindən qurulan regional oyunlar haqqında ortaq fikir - TƏHLİL FOTO

Gündəm / Siyasət

10-11-2023, 14:26

Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Seyid İbrahim Rəisi arasında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Daşkənddə görüş keçirildi.

Müzakirələrlə əlaqədar ictimaiyyət üçün açıqlanan hissədən görünür ki, prezidentlərin görüşü xoş atmosferdə baş tutub. Çünki prezidentlərin açıqlamalarındakı iqtisadi sfera ilə əlaqədar bəndlərlə yanaşı, təhlükəsizlik hissələri ilə bağlı müddəalar da müsbət təsir bağışlayır.

Qeyd edim ki, Azərbaycanla İranın regional təhlükəsizlik platformasındakı maraqlarını birləşdirə biləcək “ideoloji” baza müştərək iqtisadi layihələrdir.

Buna görədir ki, Əliyevlə Rəisi Araz çayı üzərindən keçən Ağbənd marşrutu ilə əlaqədar həyata keçirilən layihələrin ikitərəfli münasibətlərdə pozitiv auranın qalması üçün vasitəçiliyinə işarə etdilər.
Rəisi dedi ki, bu, Azərbaycan, İran və Naxçıvan arasında nəqliyyat əlaqələrinə zəmanət verir və bu sahədəki qayğıları aradan qaldırır.

Əliyev isə qeyd etdi ki, iki dövlətin birgə işi nəticəsində Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsi razılaşdırılıb və bu, Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək.

Dövlət başçılarının xoşniyyəti ifadə edən bəyanatları onların iki mühüm tezisi fonunda əhəmiyyətlidir.

Məsələn, Əliyev Ermənistanın Zəngəzur dəhlizi layihəsindən imtinasını nəzərdə tutaraq “Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər” sitatını səsləndirməsi İrəvanın regional izolyasiyasının fərqli fazada davam edəcəyini göstərə bilər.

Çünki Azərbaycanla İranın gərgin münasibətlər dövrünü arxada buraxıb gələcəyə baxmaq niyyətlərini bəyan etməsi Ermənistanın bədxassəli fəaliyyəti üçün olan-qalan barmaq yerlərini də bağlayır.

Yəni Ermənistanın İranın qucağına sıxılması artıq Tehran üçün də şübhəli elementləri özündə ehtiva edir.

Müəyyən etmək olar ki, Əliyevlə Rəisinin regiondankənar qüvvələrin Azərbaycan-İran münasibətlərinə zərbə vurmaq cəhdlərini elan etmələrinin Ermənistanla bağlı narrativləri var.

Sitatlara diqqət edək.

Rəisi bildirib: “Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur”.
Daha sonra Əliyev deyib: “Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar”.

Nəzərdə tutmaq lazımdır ki, Azərbaycan öz ərazilərindən böyük güclərin anti-İran fəaliyyəti üçün istifadə edilməsinə razılıq verməyib.


Ermənistan isə İranın Qərbdəki rəqiblərinin regiondakı mandatını genişləndirməyə xidmət etməklə özünə simpatiya qazanmağa çalışır.

İran ilk vaxtlar Qərbin regional maraqları kontekstində Avropa İttifaqının Ermənistana yerləşdirilmiş missiyasına qarşı çıxmasa da, sonrakı zamanlarda bunun əksi olan bəyanatlara üstünlük verdi.

Bu, Azərbaycanla İranın regiondakı təhlükəsizlik mühiti ilə əlaqədar ziddiyyətli mövqelərini bir-birinə doğru uyğunlaşdırmasını stimullaşdırdı.

Əliyevlə Rəisinin “kənar oyunçuların” dəqiqləşdirilməsi barədəki mövqeləri üst-üstə düşməyə bilər, amma bu qətidir ki, hər ikisi Ermənistan üzərindən qurulan regional oyunlar haqqında ortaq fikri bölüşür.

Regional təhlükəsizlik aspektində Azərbaycanla İranın müştərək mövqeyə yaxınlaşması onu proqnozlaşdırmağa imkan verir ki, iki ölkə gərginlik xəttindən maksimal uzaq durmaq formullarına üstünlük verəcək.

Hərçənd ki, İranın xarici siyasət doktrinası təkcə prezidentlik institutundan asılı deyil, onu yönləndirən və idarə edən daha üst səviyyəli qurumlar var. İranın daxilindəki çoxtirəlik Yaxın Şərq cəbhəsindəki hərbi toqquşmaların Cənubi Qafqaza mümkün təsirləri fonunda yenidən qabarıqlaşa bilər.

Ancaq Azərbaycanla İran arasında münasibətlərdə fikir ayrılıqları yenidən gündəmə gəlsə belə, bunun iqtisadi-ticari əlaqələrin tempinin zəifləyəcəyini ehtimal etmək çətindir. Əksinə bunun daha da yüksək həcmi əhatə edəcəyi gözləniləndir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

19-07-2022, 10:53

İran və Türkiyə prezidentləri Tehranda görüşüb

Dünya

11-01-2023, 21:00

Putin və Rəisi bu məsələləri müzakirə etdi

Siyasət

29-06-2022, 20:56

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb

Siyasət

13-07-2022, 13:27

Ərdoğan-Putin-Rəisi görüşündə hansı mövzular müzakirə olunacaq?

Gündəm / Siyasət

12-10-2023, 13:35

Əliyevlə Putinin gözlənilən danışıqları: Liderlərin müzakirə masası necə qurulacaq? - TƏHLİL

Gündəm / Siyasət

25-07-2023, 18:46

Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib

Dünya

13-07-2022, 22:55

İran prezidenti anlaşma üçün qapıları bağladı - “Güzəştə getməyəcəyik”

Dünya

16-07-2022, 19:49

Ərdoğan İrana gedir

Gündəm / Hərbi

22-09-2023, 17:27

Zəngəzur dəhlizi: Ermənistan razılaşacaq?

Siyasət

30-10-2023, 13:32

Prezident İlham Əliyev Araz çayı üzərində körpü tikilməsi ilə bağlı sərəncam imzalayıb

Gündəm / Siyasət

9-11-2023, 19:29

İran Prezidenti: “Biz çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu”

Gündəm / Siyasət

3-10-2023, 12:08

Xəzərdə təlimlər, Ərdoğan-Tokayev danışıqları - TƏHLİL

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
29-08-2026, 11:01
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Xəbər lenti
  • Dünən, 19:05
    “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
  • Dünən, 18:39
    Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb
  • Dünən, 18:18
    Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
  • Dünən, 18:01
    Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • Dünən, 17:29
    Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
  • Dünən, 17:15
    Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
  • Dünən, 16:45
    Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib
  • Dünən, 16:33
    Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
  • Dünən, 16:10
    "DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub
  • Dünən, 15:49
    Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
  • Dünən, 15:37
    22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
  • Dünən, 15:07
    Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib
  • Dünən, 14:29
    Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH
  • Dünən, 14:14
    İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
  • Dünən, 14:01
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
  • Dünən, 13:46
    Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur
  • Dünən, 13:10
    Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
  • Dünən, 13:03
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
  • Dünən, 12:50
    Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
  • Dünən, 12:05
    İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
  • Dünən, 11:54
    İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
  • Dünən, 11:35
    İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub
  • Dünən, 11:14
    Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
  • Dünən, 10:52
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
  • Dünən, 10:39
    Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
  • Dünən, 10:15
    Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır
  • Dünən, 09:55
    Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
  • Dünən, 09:32
    Yasamal sakinlərinin nəzərinə!
  • Dünən, 09:16
    “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
  • Dünən, 08:57
    SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub
  • 30-08-2026, 17:00
    İsveçrədə atışma olub, xəsarət alanlar var
  • 30-08-2026, 16:00
    Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
  • 30-08-2026, 15:52
    “1 saniyə = 19 qəpik?” — Azercell abunəçisinin balansından çıxılan məbləğ rəsmi tariflə niyə üst-üstə düşmür?
  • 30-08-2026, 15:04
    Biləcəridə “qanun tanımayanlar” kimdir? Vətəndaşın həyətinə müdaxilə kamerada VİDEO
  • 30-08-2026, 15:00
    ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə