• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Əliyevlə Putinin gözlənilən danışıqları: Liderlərin müzakirə masası necə qurulacaq? - TƏHLİL

Gündəm / Siyasət

12-10-2023, 13:35

MDB-nin Bişkekdə keçiriləcək sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin görüşəcəyi gözlənilir.

Liderlərin müzakirə portfelindəki gündəlik zəngindir: ikitərəfli münasibətlərin irəliyə aparılması ilə yanaşı, İsraillə Fələstin arasındakı davam edən toqquşmaların böyükölçülü regional təsirləri, risklər danışıqların predmeti olacaq.

Prezidentlər onilliklər boyu davam edən konfliktlərin gələcəyinə dair həll yollarını masaya qoyacaq və iki ölkə arasındakı münasibətlərə xələl gəlməməsinə dair düsturları müzakirə edəcəklər.

Əliyevlə Putinin danışıqlarının Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf etməsi ikitərəfli əlaqələrdə möcüzə ilə nəticələnə biləcək trayektoriyaları müəyyən etməyə yardımçı olacaq.

Ermənistan baş naziri Nikol Paşinyanın MDB sammitinə getməkdən imtina etməsi Əliyevlə Putinin danışıqlarındakı Ermənistanla əlaqədar hissələrin perspektiv təsirini qeyd etməyə əsas verir.

Belə ki:

- Azərbaycan bunu Ermənistanın sülh gündəliyindən yayınmaq cəhdi kimi qiymətləndirir;

- Rəsmi Bakı Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin geri qaytarılması şərtlərini aktual saxlayır;

- Rusiya, onsuz da, İrəvanı cəzalandırmaq taktikası üçün yeni üsul və vasitələr axtarır;

- Türkiyədən Zəngəzur dəhlizinin açılması üçün Ermənistana çağırışlar artır;

- Azərbaycanla İran ikitərəfli proqramda gərginlik yarada biləcək mövqelərdən uzaqlaşmağa çalışırlar. Bunu iqtisadi layihələrlə (“Şimal-Cənub” Nəqliyyat Dəhlizi, ölkələr arasındakı iqtisadi-ticari münasibətlər) arqumentləşdirməyə çalışan tərəflər münasibətləri normallaşdırmaq istəyirlər. Tehran əvvəlki kimi İrəvanı mühafizə etmir.

Qeyd etdiyimiz beş bənddə oyunçuluq qabiliyyəti olanlardan hamısı öz mövqeyini gücləndirməyə çalışır, amma bunun hər biri Ermənistana qarşı davamlı təzyiq dalğasının itmədiyini göstərir.

Rusiya cəhd edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması resepti Kremlin mətbəxində hazırlansın və Qərbin proseslərə müdaxiləsi minimallaşsın.

Bu məsələdə Azərbaycan Rusiyanın mövqeyini tam bölüşməyə bilər, çünki Cənubi Qafqazda Moskvanın təkbaşına təsir mühasirəsi yaratması Bakı üçün məqbul variant deyil.

Kreml üçün cari fürsət Qarabağdakı ermənilərin Azərbaycanın ictimai-siyasi sferasına reinteqrasiya prosesini stimullaşdırmaqdan ötrü rıçaqlar qazanmağa hesablanıb.
Azərbaycan, sadəcə olaraq, öz istədiyi sülhün axtarışındadır - kim ona uyğun təklif və prosedur təklif etsə, bütün bunlara açıqdır.

Azərbaycan, Qərbin regional siyasətindəki problemli gündəliyinə rəğmən, əsasən, Avropa İttifaqının və NATO-nun mövqeyinin sönükləşməsində maraqlı tərəf kimi görünmür.

Çünki Qərbin Cənubi Qafqaz siyasətindəki müəyyən nöqtələr Rusiyanın regional “döyüş qabiliyyəti”ni balanslaşdırır - Bakının niyə həmin məqama üstünlük verməsi diqqətəlayiqdir.

Ümumilikdə Ermənistanın ekzistensial böhranla üzləşməsi fonunda Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının əməliyyat modelinin daralması Azərbaycanın perspektiv üçün əlini xeyli bərkidir.

Çünki Rusiya regiona müdaxilə imkanlarını artıra biləcək alətlərin birindən məhrum olur, Ermənistana gəlincə, vaxtı ilə sülhməramlılara arxayın olsa da, o, böyük məyusluğa düçar oldu.

Əliyev Putinin Ermənistanla əlaqədar gündəliyə aktuallıq qazandırmasının müşayiətində Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasını təklif edə bilər.

Ancaq bu, reinteqrasiya prosesinin gedişatı ilə əlaqəlidir, Putin mümkün insident halları ilə əlaqədar riskləri göstərərək sülhməramlıların hələ xidmət göstərmək məntiqini təkrarlaya bilər.

Danışıqlarla əlaqədar diqqət edəcəyimiz başqa nüanslar Putinin Moskvada keçirilən enerji həftəsində Azərbaycan, İran, Türkiyə, Qazaxıstan və Türkmənistanla bağlı təsvirləri ilə açılır.

Putinin:

- Azərbaycanın Türkiyədə qaz qovşağının yaradılması layihəsinə maraq göstərməsini deməsi,

- “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunda Rusiya-Azərbaycan-İran arasındakı razılığa diqqət çəkməsi,

- Qazaxıstan və Türkmənistanın “Şimal-Cənub” dəhlizinə marağını qeyd etməsi xeyli dərəcədə genişmiqyaslı planın dövriyyədə olduğunu göstərir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

7-08-2023, 11:04

Ərdoğan və Putin Zəngəzur dəhlizini müzakirə edəcəklər - Türkiyə KİV

Dünya

6-01-2023, 00:08

Baydendən Putinin atəşkəs qərarına reaksiya

Gündəm / Siyasət

12-09-2023, 17:40

Putin niyə “Qarabağ Azərbaycanındır” dedi? - TƏHLİL

Gündəm / Siyasət

11-10-2023, 20:04

Vladimir Putin: “Prezident İlham Əliyevlə Qırğızıstanda görüşəcəyəm”

Siyasət

9-08-2022, 19:03

Azərbaycan və Türkiyə prezidentlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

Gündəm / Siyasət

25-07-2023, 18:46

Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib

Siyasət

29-09-2023, 12:29

Əliyevlə Paşinyanın planlaşdırılan görüşü: Azərbaycanın şərtlərinin miqyası - TƏHLİL

Dünya

6-01-2023, 01:53

Zelenski Putinin atəşkəs əmrinə reaksiya verdi

Dünya

27-07-2022, 21:19

Ərdoğan və Putin görüşü: Tərəflər hansı məsələləri müzakirə edəcəklər? (ŞƏRH)

Dünya

19-07-2022, 17:11

Putinin İrana səfəri başlayıb

Gündəm / Siyasət

3-10-2023, 12:08

Xəzərdə təlimlər, Ərdoğan-Tokayev danışıqları - TƏHLİL

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Bu gün, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Bu gün, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Bu gün, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Bu gün, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Bu gün, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Bu gün, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Bu gün, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Bu gün, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Bu gün, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Bu gün, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Bu gün, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • Dünən, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • Dünən, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • Dünən, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • Dünən, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • Dünən, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • Dünən, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • Dünən, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • Dünən, 16:48
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Dünən, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • Dünən, 16:01
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • Dünən, 15:44
    Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
  • Dünən, 15:15
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • Dünən, 14:30
    Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
  • Dünən, 14:15
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 13:53
    FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
  • Dünən, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
  • Dünən, 12:57
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • Dünən, 12:38
    Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
  • Dünən, 12:11
    ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
  • Dünən, 11:44
    İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
  • Dünən, 11:32
    Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • Dünən, 10:34
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə