• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Gülnaz Dadaşovanın “qoruyucu mələyi”... - İşin içində bir HİKMƏT var

Gündəm / Cəmiyyət

1-02-2024, 14:00

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu “Gravity Construction” MMC ilə satınalma müqaviləsi imzalayacaq. Qaynarinfo xəbər verir ki, şirkət Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cari təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 315 167,47 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Gravity Construction” MMC 25 may 2022-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 29, mənzil 112-dəı yerləşir. MMC-nin qanuni təmsilçisi Quliyev Rəcəb Sabir oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir. Şirkətin iki veb-səhifəsi olsa da, işlək deyil. Araşdırmalarımız zamanı məlum olub ki, şirkət əsasən təmir və dizayn işləri ilə məşğul olur. Mediada gedən məlumatlarda iddia edilir ki, “Gravity Construction” MMC Səhiyyə Nazirliyinə yaxın şirkətdir. Şirkətin konkret olaraq Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin direktoru Elşad Hacıyevə məxsus olduğu iddia edilir. Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan məkum olur ki, şirkət ötən il Səhiyyə Nazirliyi ilə maliyyə dəyəri 145 100,88 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Müqavilədə tikili və avadanlıqların cari təmiri nəzərdə tutulur.

Heç bir idarəetmə təcrübəsi olmadığı halda böyük bir instituta rəhbər təyin olunan (bunun necə baş verdiyindən az sonra bəhs edəcəyik), bu da azmış kimi uzun illər elm ocağında can qoyan təcrübəli əməkdaşlara qarşı savaş açaraq onları işdən uzaqlaşdıran, əvəzində özü kimi təcrübəsiz kadrları vəzifələrə təyin edən bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanən “qoruyucu mələyi” haqqında cumhuriyyet.az olaraq ilginc məlumatlar əldə etmişik. Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Ölkə qanunlarının heçə sayıldığı, bir qrupun maraqlarına tabe edilən Kardiologiya İnstitutu Azərbaycan səhiyyəsinin alınmaz qalasına çevrilib. Bütün dünya ürək-damar xəstəliklərinin cavanlaşması prosessinin qarşısını almaq, yeni yollar, müasir müalicə üsulları axtardığı halda, ölkəmizdəki Elmi –Tədqiqat Kardiologiya İnstitutunda ürək ağrıdan mənzərə davam etməkdədir. Çünki, nə qanunlar, nə nazirlər G.Dadaşovanın “ürəyinə toxuna bilmir” .


Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın “şirinliyi” oplaraq təyinat alıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə Kardiologiya İnstitutunda aparılan son yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Hətta üzə çıxarılan nöqsanlar o qədər dəhşətli olub ki, göstərilən çabalara baxmayaraq ört-basdır etmək mümkün olmayıb. Ən acınacaqlısı odur ki, Gülnaz xanım yoxlama nəticəsində aşkarlanan nöqsanıları düzəltmək əvəzinə onları pulla batırmaq qərarına gəlib. Necə deyərlər, üzrü günahından betər olan bu əməliyyata görə isə İnstitutda kütləvi pul toplama aparılır.

Məlumatlara görə, İcbari Tibbi Sığorta Agentliyinin Hikmət adlı yüksək vəzifəli şəxsi ölkənin baş kardioloquna “ürəyini buz kimi saxlamağı” tapşırıb. Məhz onun yüksək himayədarlığı G.Dadaşovanın ölkə qanunlarına meydan oxumasına səbəb olur. Hikmət müəllimin himayədarlığı altında aparılan yoxlamanın nəticələri ört-basdır edilir, lazımi instansiyalara çatmasına imkan verilmir. Heç kimə sirr deyil ki, qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma baş verənlər heç kimin umurunda belə deyil.

Verilən məlumatlara görə, Kardiologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb. Deyilənlərə görə, buradakı qiymət artımları o həddədir ki, hətta Tarif Şurası belə təəccübünü gizlətmir. Göründüyü kimi, Kardiologiya İnstitutunda baş verənləri ürək ağrısız oxumaq olmur. Amma, nədənsə bütün bu qanunsuzluqlar, özbaşınalıqlar sanki Səhiyyə Nazirliyinin ürəyincədir. Görünür, G.Dadaşova ürək üzrə mütəxəssis olduğu üçün hamının ürəyini ram etməyi yaxşı bacarır. Yəqin bu səbəbdəndir ki, heç kim onun ürəyini qırmır. Hər halda bu işin içində böyük bir Hikmət var. Bu Hikməti çözmək isə əlaqədar qurumların vəzifəsidir!

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Səhiyyə

13-10-2023, 10:06

Naxçıvanda yeni kompleksin layihəsini hazırlayacaq müəmmalı şirkət kimindir?

Bölgə / Olay

31-08-2023, 11:28

Taleh Qaraşov Lənkəranı neçəyə abadlaşdırır?

Sosial / Olay

2-08-2023, 16:08

Mikayılov tenderi yenə eyni şirkətə verdi: Qaradağın yolları bir ildə nə qədər pul "yeyib"?

Sosial / Olay

11-10-2023, 12:38

FHN-nin idarəsi 595 minlik tenderi nazirin şirkətinə verdi

Gündəm / İqtisadiyyat

27-12-2022, 21:00

BŞİH 2 nəfərin 4 şirkətinə tender verdi: Yeni yaranan MMC-lər kimindir?

Bölgə / Sosial

6-09-2023, 12:23

Rafiq Cəlilovun 246 minlik yol təmiri - Cənub bölgəsinin tenderlərini udan “Birlik-3A” kimindir?

Bölgə / Olay

19-11-2023, 14:26

Beyləqanın yollarına yarım milyon yetmədi? - Asif Ağayev yenə eyni şirkətlərə yolları təmir etdirir

Bölgə

17-06-2023, 18:17

Tovuzda RƏSMİ TALAN…

İqtisadiyyat

5-12-2023, 09:46

Yardımlı RİH yolların təmirini yeni eyni şirkətə tapşırdı - "Pro Təmir Tikinti" kimindir?

İqtisadiyyat

15-08-2022, 16:00

"Azərsu" 73 min manata maşın alır

Gündəm / Sosial

25-09-2023, 09:51

Kəmaləddin Heydərovun müavininin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
4-11-2026, 10:59
ADSEA-nın mənimsəmədə ittiham edilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayıb
Xəbər lenti
  • Bu gün, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Bu gün, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Bu gün, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Bu gün, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bu gün, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Bu gün, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Dünən, 15:34
    Həyəcan siqnalı verən təyyarə Rumıniyanın Otopeni şəhərində uğurla eniş edib
  • Dünən, 15:15
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dünən, 15:05
    Əsabil Qasımov Ramiz Mehdiyevin gömrük sədri olmalı imiş-ŞOK SİYAHI
  • Dünən, 14:43
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Dünən, 14:28
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dünən, 13:09
    “Sosial sığorta daxilolmalarında gələn il 15,1 faiz artım proqnozlaşdırılır”
  • Dünən, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dünən, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dünən, 12:40
    Sumqayıtda tuneli çirkab suları basıb-Qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
  • Dünən, 12:09
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə