• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sammitdə soyuq qarşılanan Paşinyan – Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH

Gündəm / Siyasət

7-10-2024, 17:32

Fransada keçirilən Beynəlxalq Frankofoniya sammiti Ermənistanın baş naziri Nikol Paşinyan üçün sözün əsl mənasında fiasko ilə nəticələnib. Bu iddia və fikir Rusiya, yaxud Qərb deyil, Ermənistan mediasında səslənib. Xəbərlər və şərhlərdə bildirilir ki, Paşinyanın xarici siyasətdəki uğursuzluqlar seriyası davam edir.

Yenixeber.org: Söhbət hakim komandanın birtərəfli qaydada Birləşmiş Ştatlara “stavka” etməsindən gedir. Frankofoniya sammitində baş nazir soyuq qarşılanıb. Düzdür, onun Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trüdo ilə görüşü baş tutub. Lakin prezidentlə görüş xüsusi seçilməyib, daha çox protokol xarakteri daşıyıb. Erməni mediası xüsusi qeyd edir ki, sammitdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı yekun bəyanat da daha çox neytral xarakter daşıyıb.

Səbəblər də maraqlıdır. Qeyd olunur ki, baş nazirin Vaşinqtonla yaxınlığı Rusiya, İran və Azərbaycanla yanaşı, Fransanın da narazılığına səbəb olub. İranın narazılığına gəldikdə, bu ölkənin mediasından sitatlar gətirilib. Məsələn, İran İslam İnqilabı Keşikçilərinə məxsus teleqram kanalı maraqlı bir mesaj paylaşıb: "İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi ilə görüşüb. Daha əvvəl İranın atdığı raketləri izləmək və hədəfləri müşahidə etmək məqsədilə Ermənistanın İranla sərhədində Amerikanın uzaqmənzilli radarlarının yerləşdirilməsini göstərən sənədlər və videolar da dərc edilmişdi". Erməni mediası yazır ki, “bu, nə Moskva, nə Paris, nə Tehran, nə də Bakı tərəfindən rəğbətlə qarşılanmayacaq. İran narazılığını bu formada çatdırıb”.

Burada əsas diqqət Fransayadır. Makron hakimiyyəti, sadəcə, hər vəchlə Ermənistanı özünün növbəti koloniyasına çevirmək niyyətindədir. Bu istiqamətdə isə Birləşmiş Ştatlar ona əsas maneədir. E.Makron burada bir həqiqəti yaddan çıxarır. Ermənistan üçün müttəfiq, dost anlayışı yoxdur. Rusiya ilə münasibətlərdə yaşananlar bunun əyani sübutudur.

Sammitdə soyuq qarşılanan Paşinyan – Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH

Fransa, daha doğrusu, Makron hökuməti isə hələ də ümid edir ki, Ermənistana hərtərəfli maddi, mənəvi dəstək verməklə, nəyəsə nail ola biləcək. Bu şəxs rasionallıq hissini o qədər itirib ki, Beynəlxalq Frankofon Təşkilatının nüfuzuna xələl gətirir. Təşkilatı daha qlobal məsələlərin müzakirəsi meydanına çevirməkdənsə, ölkələrin daxili işlərinə burun soxmaqla məşğuldur. Bundan əlavə, Bakıda gələn ay keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qarşı çirkin iftira kampaniyasına start verib. COP29 başlamazdan əvvəl Azərbaycanın imicini ləkələmək cəhdlərini xeyli artırıb.

Uğursuzluqlarından getdikcə daha çox ümidsizləşən Fransa ucuz təxribatlara əl atır. Məsələn, erməni lobbisindən yemlənən Bordo şəhərinin mer müavini Loran Giyomun COP29-da iştirak bəhanəsi ilə elektrikli velosipedlə Avropaya səyahət şousu təşkil edib. Bunu keçən il Fransa şəhərlərinin merlərinin Laçın keçidi ətrafında qurduqları ucuz şounun davamı kimi də qeyd etmək olar. Şübhəsiz ki, Fransanın belə səthi və primitiv variantlara əl atması onun mövqeyinin nə qədər zəif və yanlış olduğunu göstərir. Makron rejimi əxlaq və nəzakət normalarına zidd olan bu kimi addımlarla vəziyyəti gərginləşdirmək, həmçinin Azərbaycanın COP29-u layiqincə keçirməsinə imkan verməmək üçün əks istiqamətdə hərəkət edir.

Bundan əvvəl isə fransız liderin riyakarlığı pik həddə çatıb və o, suveren dövlətlərin liderlərini iqlim sammitində iştirak məqsədilə noyabrda Bakıya nəzərdə tutduqları səfərdən imtinaya məcbur etmək üçün açıq şəkildə onlara təzyiq göstərir. Xüsusilə, prezident Makron Nigeriya rəhbərinə sammiti boykot etmək tələbini göndərib. Lakin Prezident Bola Tinubu Makronun hədələrinə məhəl qoymayaraq tədbirdə iştirak edəcəyini bildirib. Deməli, bu cür müraciət və tələblər digər ölkələrin liderlərinə də göndərilib. Ermənistanın iştirakına gəlincə, onun rəhbərliyi əvvəldən COP29-da iştirak etmək niyyətində olduğunu bildirmişdi. Lakin Paşinyanın Parisə səfərindən sonra İrəvanın mövqeyi dəyişdi. Bu, Azərbaycan XİN-in bəyanatında təsdiqlənir. Bəyanatda vurğulanır ki, Beynəlxalq Frankofoniya Təşkilatı çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.

“Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir ”, - Azərbaycan XİN-in bəyanatında vurğulanıb.

Göründüyü kimi, Fransa Ermənistanı sözün əsl mənasında öz istəklərinə boyun əyməyə məcbur edir. Lakin nəticə baxımından rəzil duruma düşən Ermənistan və şəxsən Paşinyan olur. İrəvan özü də yaxşı başa düşür ki, orada yad cisimdir, adıçəkilən təşkilata aidiyyəti yoxdur. Ermənistan xalqı da nəhayət anlamalıdır ki, Fransa ondan yeni müstəmləkə düzəldir.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

6-09-2024, 15:47

Ermənistanı BRICS sammitində Paşinyan təmsil edəcək

Gündəm / Dünya

6-09-2024, 15:56

Paşinyan Putinin toplantısına GEDİR

Siyasət

3-10-2024, 18:02

İki avantüristin görüşü - Makron Paşinyanı təlimatlandırır - ŞƏRH

Gündəm / Siyasət

13-12-2023, 15:50

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü ola bilər? - AÇIQLAMA

Gündəm / Dünya

26-12-2023, 09:18

Paşinyan Sankt-Peterburqda: Putinin ona çətin sualları var

Gündəm / Siyasət

21-03-2024, 12:24

Paşinyan - Ursula fon der Leyen - Blinken görüşü keçiriləcək

Dünya

29-04-2024, 17:39

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - KİV

Dünya

9-03-2024, 11:07

Paşinyan Fransada hansı gizli sazişə imza atıb? – Korotçenkodan SENSASİON AÇIQLAMA

Dünya

12-06-2024, 18:59

Ermənistan XİN: Paşinyan ölkənin KTMT-dən çıxdığını bəyan etməyib

Gündəm / Dünya

22-02-2024, 15:09

Fransa Ermənistana silah göndərdi - Hərbçilərə təlim keçəcək

Dünya

25-05-2024, 15:17

Paşinyan Qazaxla sərhəddə görüş keçirib

Siyasət

1-04-2024, 18:31

Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
27-06-2026, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Bu gün, 18:56
    Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Bu gün, 18:39
    Türkiyə Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı NATO-dan güclü iradə gözləyir
  • Bu gün, 18:25
    Nərimanovda yenilik - Obyektlər sökülür? - Fotolar
  • Bu gün, 17:57
    "Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH
  • Bu gün, 17:32
    Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • Bu gün, 17:15
    Rövşən Nəcəfin qohumu SOCAR-a aid torpağı satmaq istədi?
  • Bu gün, 16:57
    Azərbaycanla Ekvador arasında bəzi şəxslər üçün viza tələbi ləğv edilib
  • Bu gün, 15:40
    AFFA ilə Gənclər və İdman Naziriliyi arasında soyuq müharibə
  • Bu gün, 15:16
    İran XİN iyunun 30-da Dohada ABŞ ilə məsləhətləşmələrə dair məlumatı təkzib edib
  • Bu gün, 15:05
    Neftçala rayonunda məktəbin istilik sistemi sökülərək satılıb
  • Bu gün, 14:36
    Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir
  • Bu gün, 14:22
    ABB problemlər davam edir
  • Bu gün, 13:26
    İyunun son günündə 33 dərəcə isti gözlənilir
  • Bu gün, 13:10
    Tahir Budaqov mətbuatı saymır - Sorğular cavabsız qalır...
  • Bu gün, 12:40
    TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
  • Bu gün, 12:17
    “Alliance Logistics” hesabatları gizlədib - Cərimələndi
  • Bu gün, 12:01
    Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edəcək
  • Bu gün, 11:49
    Xətai rayonunda müəmmalı tikinti - Reyestrdə icazə yoxdur, ağacların məhv edildiyi iddia olunur
  • Bu gün, 11:33
    Prezident: Birinci Türkoloji Qurultayda səslənən başlıca fikirlərin süni maneələrlə qarşısı alınıb
  • Bu gün, 10:51
    Masallıda “Torpaq Terroru”: Eynulla və Soltan Cütlüyünün Qanunsuzluqlarına Kim Arxa Durur? VİDEO
  • Bu gün, 10:26
    Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb
  • Bu gün, 09:53
    Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var
  • Bu gün, 09:36
    Bərdədə idarəetmə böhranı: Sakinlər və İcra Hakimiyyəti üz-üzə VİDEO
  • Bu gün, 09:10
    Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Bu gün, 08:58
    TƏBİB-də "Kadr İslahatı" Maskası: Anar Bayramlı Kimləri və Niyə Ətrafına Toplayır?
  • Bu gün, 08:39
    Bakıda 7 istiqamətdə tıxac müşahidə olunur
  • Bu gün, 02:30
    Valideynlərdən Sumqayıt məktəbi ilə bağlı ciddi narazılıq: “Övladlarımızın təhsil keyfiyyəti bizi narahat edir”
  • Dünən, 16:00
    SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
  • Dünən, 15:00
    İsrail Livanda "Hizbullah"ın döyüşçülərinin zərərsizləşdirildiyini açıqlayıb
  • Dünən, 14:30
    İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
  • Dünən, 14:00
    FHN silsilə maarifləndirmə tədbirlər keçirib
  • Dünən, 13:00
    Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
  • Dünən, 12:46
    Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
  • Dünən, 12:00
    SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
  • Dünən, 11:00
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə