Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyədə zirehli maşın aşdı - 10 əsgər yaralandı

31.10.2024 08:57 311 1 dəq oxunur
Türkiyədə zirehli maşın aşdı - 10 əsgər yaralandı
Türkiyədə zirehli maşın aşdı - 10 əsgər yaralandı

Türkiyənin Şırnak vilayətində, Şırnak-Cizre köhnə avtomobil yolunda zirehli transportyorun aşması nəticəsində 10 əsgər yaralanıb.

Şırnak-Cizrə köhnə magistral yolunun Kasrik Koçbey kəndi yaxınlığında zirehli transportyor yoldan çıxaraq aşıb.


Hadisə yerinə təcili tibbi yardım, xilasetmə, yanğınsöndürən və jandarma qrupları yönəldilib. Qəza nəticəsində 10 əsgərin yaralandığı bildirilir.

Yaralı əsgərlərin həyati təhlükəsinin olmadığı bildirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az