Sizin reklam burada 728×90
Son dəqiqə

TBMM sədri: Azərbaycanla birgə bölgədə sülh və sabitlik üçün səy göstərəcəyik

18.12.2024 16:18 314 1 dəq oxunur
TBMM sədri: Azərbaycanla birgə bölgədə sülh və sabitlik üçün səy göstərəcəyik
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.

Bu barədə TBMM sədri paylaşım edib.

Numan Kurtulmuş iki ölkə arasında münasibətlərin hər sahədə genişlənməsindən məmnun olduqlarını vurğulayıb: “Bir millət, iki dövlət” anlayışı ilə müştərək fikirlərə sahib olduğumuz və birlikdə hərəkət etdiyimiz qardaş Azərbaycan ilə birgə bölgəmizdə sülh və sabitlik üçün hər cür səyi ortaya qoymağa davam edəcəyik”.

TBMM sədri Sahibə Qafarovanın səfəri ilə parlamentlər arasında əlaqələrin daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az