• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

«Poz qazan!», vur dolsun qazan! - Dəhşətli faktlar

Gündəm / Cəmiyyət

22-02-2025, 11:16

«Satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya”nın hansısa departamentinə adı məlum olmayan şəxsi karta 91 manat pul ödəyir…»
Gələk birbaşa mətləbə: Sovet dövründə də lotereyalar oynanılırdı. 30 qəpiklik adi, 50 qəpiklik isə OADKYC (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti-Rus dilində «DOSAAF) lotereyaları var idi. Bu lotereyalar cəmiyyətdə çox obyektiv və düzgün qarşılanırdı. Çünki həmin lotereyalarla həm varlılar, həm də kasıblar nəsə uda bilirdilər. Kasıblar maşın udanda isə, varlılar həmin lotereyanı üçqat qiymətinə alırdılar. Çünki nə vaxtsa həbs olunma təhlükəsi olardısa, evi, əmlakı məhkəmə qərarı ilə müsadirə olunan zaman lotereya ilə udulmuş maşına dəymirdilər. Qısası, o dövrdə əhalidə bu lotereyalara böyük inam var idi. Uduşda maşından tutmuş, mebellərə, paltarlara və digər məişət avadanlıqlarına qədər, hər şey var idi. Hətta uduşda nağd pullar da olurdu. Özüm də bu uduşların şahidi və iştirakçısı olmuşam.

Müstəqillik dövründə isə bir çox lotereya oyunlarını görmüşəm və açığı, bunlara heç vaxt inamım olmayıb. Son illər isə “Azərlotereya” ASC-nin “Poz qazan” adı altında”Tap qazan”(bunu nədənsə sonradan satışdan çıxartdılar) “Qızıl-9” və s. lotereya oyunları Bakı şəhərini və kəndlərini başına götürüb.

Özü də bu oyunlara ən çox aludə olan da binəva kasıb-kusublardır. “Bəlkə də bəxtim gətirdi” prinsipi ilə hər bir kasıb ən azından belə lotereyaların gün ərzində 3 və ya 4 ədədindən istifadə edir. Ən çox da guya 25 min manat uduşu olan 1 manatlıq kartlardan istifadə olunur. 2 manatlıq kartlarda 50, 3 manatlıq kartlarda 75, 5 manatlıq kartlarda 100, 10 manatlıq kartlarda isə, yalan olmasa, guya 500 min manat uduşlar var.

Pozub qazanma, yoxsa, yazıb pozulma???
Bu dəfə redaksiyaya daxil olan şikayət və ya müraciətləri araşdırmaq, aydınlıq gətirmək üçün Bakının bir çox yerlərində həmin lotereyaları satanların yanında durub pozan müştəriləri müşahidə etməli oldum… Açığı, özüm də həvəslənib, banka borclu olduğumdan, “Bəlkə qazandım” arzusu ilə bu oyuna qoşularaq, bu dəfə qurbanlardan biri oldum. Məsələn, iki il ərzində, az da olsa inanmışam ki, bəlkə növbəti dəfə bəxtim gətirdi. Iri məbləğdə olan uduşlara qətiyyən ümid etməmişəm. Fikirləşmişəm ki, bəlkə 100, 1000 manat uda bildim. Aylarla bu uduşları nə özümdə, nə də başqalarında görmədiyimdən ümidimi 5, 10, ən çoxu isə 20 manatlığa bağlamışam. Həftədə 10-12 manat bu oyunlara pul xərcləmişəm ki, bəlkə hansısa bir uduşum oldu. Amma və lakin…

Udub-uduzanların «Poz-qazan!» şəhəri…
Bu iki il ərzində inanın ki, nə mənə, nə də bir başqasına 20 manatdan yuxarı uduş düşməyib. Mənə cəmi 2 dəfə 20 manat düşüb. Nadir halda isə 1, 2, 3, 5 manatlıq uduşlar olub. Yəni, uduş bu məbləğlərdə olur. Artıq adamda şübhə yaranır ki, bu kartları mikroskopdan keçirib satışa buraxırlar. Ona görə də sonuncu manatını böyük ümidlə bu kartlara verən bədbəxt kasıb müflis olmasın, neyləsin…

***

…Burada bir maraqlı məqamı qeyd etmək istəyirəm. Həmin biletlərin sağ tərəfində “Bonus oyunu” deyilən yeri pozanda pul şəkli çıxsa, deməli, onun altında yazılan məbləği udmuş olursan. Çox vaxt isə həmin yerdən çətir, boyunbağı, at nalı, zər, tac və digər əşyaların şəkli çıxır. Altından yenə də 1, 3, 5, 10, 20 manat və sair rəqəmlər yazılmış olur. Bu lotereyanı dizayn edənlərin bir qram da olsun dəqiqliyi yoxdur. Əgər pul şəkli çıxıb, altında hansısa rəqəm varsa, deməli, həmin məbləğdə pulu udmusan də! Amma çətir şəklinin altında müxtəlif uduş rəqəmlərini yazmağın nə mənası var? Onsuz da çətirin altından çıxan rəqəm uduşlu deyil. Yaxşı olmazmı ki, həmin bonus yerində çıxan şəklin altında heç bir rəqəm olmasın! Yalnız pul şəkili çıxanda, müştəri onun altındakı rəqəmli pulu udduğunu biləcək. Əgər uduş üçün pul şəkli yoxdursa, çətirin altında 5 manat, 10 manat yazmağın mənası yoxdur!

Kim uduzdu, kim uddu…
İndi keçək mətləbə: dediyim kimi, araşdırma yazı hazırayıb bəzi mətləblərə aydınlıq gətirilməsi üçün bu biletlər satılan yerlərdə çoxsaylı müşahidələr aparmışam, şəkillər çəkmişəm. Neçə ay ərzində apardığım müşahidələr zamanı bircə dəfə də olsun iri məbləğdə pullar udan görməmişəm. Düzdür, ara-sıra eşidirəm ki, kimsə guya 25-50-100 min manat udub. Nəyə desəniz and içərəm ki, bunlar hamısı feykdir, ya da… o söz! Həmin “şanslı” adamlar niyə mediada sevincini bəzi klipli müğənnilər kimi paylaşmırlar, kimliklərini aydın şəkildə ictimaiyyətə açıqlamırlar???

Məsələ ondadır ki, imkanlıların onsuz da bu məbləğlərə ehtiyacı yoxdur. Çünki hər birinin korrupsiya və rüşvət yoluyla qazandıqları milyonlar var. Nəyinə lazımdır onlar üçün “semiçka pulu” olan 50 və ya 100 min manat? Amma o yazıq kasıbların 10-20 manata da ehtiyacları var. Elə bu “Poz-qazan” lotereyasını yaradıb, ortaya çıxardanlar da yalnız kasıblara “stavka” ediblər. Kasıblara da ki, bir hay lazımdır. İşsiz olduqlarından bütün günü düşürlər bu “Poz-qazan” lotereyalarının canına ki, guya onlar da nə vaxtsa, varlanacaqlar. Amma onların pulu ilə bəzi işbazlar babat varlanmayqdadırlar…

***

Çox təəssüf ki, bu lotereyaların tirajlarından məlumatım yoxdur və bunu öyrənmək də mümkün deyil. Amma axtarışlarımdan və sosial şəbəkələrdən öyrənmişəm ki, bu “Poz-qazan” lotereyasını buraxanların illik qazancı 628 milyon manatdır. Təsəvvür edirsinizmi? Onun kağızını və mətbəə xərclərini nəzərə alsaq, az qala “semiçka” puludur. Amma qazanca fikri verin – 628 milyon manat! Bu çox böyük rəqəmdir. Heç bir istehsal sahəsi olımayan, hansısa bir məhsul istehsal etməyən, adi kiçik bir kağız parçası ilə bir ildə 628 milyon manat qazanılması heyrətamizdir.

Dövlətə nə qədər vergi verilirsə, bu da məlum deyil. Məlum olan odur ki, “nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım”. Bu “Poz qazan” lotereyasının çanağı kasıbların başında çatlayır. Məhz o kasıbların sayəsində bu varlılar kapitallarını daha da artıraraq, necə deyərlər, qaz vurub, qazan doldururlar.



Bir çox instansiyalara müraciət etsəm də, bu, qazan dolduran “Poz-qazan”nın sahibinin kim olduğunu müəyyən edə bilmədim. Bu oyunun başında duran məmur kimdirsə, bəlli deyil…

***

Azərbaycanda qumar oyunları rəsmi qaydada qadağan edilib. Amma bu “Poz-qazan” lotereyaları elə əsl qumar oyunudur ki, var. Yəni, cüzi pula “stavka” etməklə milyonlar qazana bilirlər. Düzdür, “Azərlotereya” ASC rəsmi qurum sayılır.
Bəs əmək qanunvericiliyinə “Azərlotareya” ASC-də necə əməl edilir?
Araşdırmamıza əsasən demək olar ki, bu qurumda əmək qanunvericiliyinin heç bir bəndinə əməl olunmur. Məlumat üçün deyim ki, Bakının küçələrində, ətraf qəsəbə və kəndlərdə, həmçinin rayonlarda bu kartları satanların sayını müəyyən etmək mümkün deyil. Belə insanların sayı minlərlədir. Bu insanların heç birinə aylıq əmək haqqı verilmir. Maraqlı deyilmi? Qeyd etdiyim kimi, qazanc ildə 628 milyon manatdır. Amma bu puldan heç kimə əmək haqqı nəzərdə tutulmur. Üstəlik, bu işçilərlə heç bir əmək müqaviləsi də bağlanmır. Bu isə açıq-aşkar vergidən yayınma və korrupsiya faktı deyilmi? Əlbəttə, məhz belə qanusuzluqların sayəsində bu oyunun arxasında duran işbazın bir ildə 628 milyon manat qazanması təəccüb doğurmamalıdır… Çünki uduşa pullar qoymur, ona bu milyonları qazandıranlara isə, əmək haqqı verilmir. Belə olan surətdə də kasıbların hesabına pullar sel kimi gələcək və necə ki, gəlir.
«Poz-qazan»ın sirri açılır…
Araşdırma zamanı müəyyən etdim ki, bu kartları satanlar hər satılan 100 kartdan 7 manat, kart sahibləri isə 93 manat qazanır. Gün ərzində yağışdan sonrakı göbələklər kimi artmış bu dəmir köşklərin hər birində 400, 450 və 500 ədəd birmanatlıqdan 10 manatlığa qədər olan kartlar satılır. Bu satışdan satıcılara əmək haqqı olaraq qazandıqları 7 manatdan yox, yuvarlaqlaşdırıb 400-dən 500 manata qədər pul verirlər. Yəni, satılan hər 100 kartdan qazanılan 7 manatın da yarısını kəsirlər və bu azmış kimi, üstəlik, hər bir satıcı ayda “Azərlotereya” ASC-nin hansısa departamentinə “KapitalBank»dan olan şəxsi karta 91 manat pul ödəyir. O da maraqlıdır ki, heç kim də onlara demir ki, bu 91 manat nədir və nə üçün ödənilir? O da təəccüblüdür ki, həmin 91 manatı ödəmək üçün satıcılara verilmiş 16 rəqəmli kodu yığanda heç bir ad, soyad çıxmır. Pul banka yox, adı məlum olmayan şəxsin hesabına ödənilir. Bu şəxsi heç satıcılar da tanımır. Qədimlərdə yığılan “dinmə, ver” töycüsü kimi, həmin şəxs də satıcıları beləcə soyub, talayaraq, qul kimi istismar edir. Özü də yüksək texnologiyalar dövrü olan XXI əsrdə, belə talançılığı etməyə risk edirlər. Bu faktlardan korrupsiya iyi gəlmirmi? Bəs Dövlət Vergi Xidməti hara baxır? Əmək müfəttişləri də yəqin uzun müddətli “ezamiyyətə çıxıblar…”.

Hamının gözü qarşısında baş verən bu boyda cinayətləri niyə görmək istəmirlər? Axı şəhərin bütün nöqtələrində bu lotareyaları satanların heç bir zvzr müqaviləsi yoxdur, az olan əmək haqqı nağd şəkildə verilir, pullar bank hesablarına yox, adı məlum olmayan şəxsi kart hesabına ödənilir və s. Bunu bizə söyləyən satıcılar var… Daha nə baş verməlidir ki, sadladığım qurumlar qanunsuzluqları aradan qaldırmaq üçün hərəkətə keçsinlər? Maraqlıdır, deyilmi? Yayın istisində, qışın soyuğunda, səhərdən axşama qədər açıq havada bir tikə çörək puluna görə dözüb dayanan bu insanları anlamaq çətindirmi?



Bi məqamı da qeyd etmək istəyirəm. Qiymətindən asılı olmayaraq, hər bir kart bağlamada 200 ədəddir. Həmin bağlamaya satıcılar 186 manat verib hansısa adını bilmədikləri departament rəsmisindən qəbul edirlər. Qazancları isə zəhmət haqqına uyğun olmur. Satıcılarla etdiyim söhbətdən aydın olur ki, onlarla əmək müqaviləsi yox, bu lotareyaları satmaq üçün adi bir müqavilə bağlanır. Deməli, bu yazıq insanlar üçün Dövlət Sosial Müdafiə Fonduna (DSMF) heç bir pul köçürülmür. Bu isə o deməkdir ki, pensiya yaşına çatanda əməyə görə yox, yaşa görə çox cüzi məbləğdə pensiya alacaqlar. Bu gün qazandıqları 3-5 manata “şükür” edənlər, gələcək həyatlarının problemlərini düşünmürlər. Amma onları qınamağın da yeri yoxdur. Bu satıcılar haqqında onları qul kimi işlədən, özləri isə bir ildə 628 milyon manat qazanan “Azərlotareya” ASC-nin sahibləri düşünməlidirlər.

Bundan əlavə, hamının gözü qarşısında minlərlə insanı müqaviləsiz işlədərək vergidən yayınan bu qurumun qanunsuzluğuna göz yuman Dövlət Vergi Xidməti, Əmək Müfəttişliyi də öz sözünü deməlidir. Baş Prokuror yanında Korrupsiyaya Qaşı Mübarizə Baş idarəsinin rəsmiləri, nəhayət, yerindən silkələnməli və üzünü baş verən korrupsiya faktına tərəf çevirməlidir.

Yazımı türk dünyasının nəhəng şairi Bəxtiyar Vahabzadənin 1996-cı ildə yazdığı “Vaydır əkdiyiniz” şeirinin 1-ci və sonuncu bəndləri ilə tamamlayıram:

“Ey cibləri dolu, ürəyi boşlar,

Ey sərvət dəlisi, köhnə naxoşlar…».

Nə isə…

Elçin MƏMMƏDLİ
/tezadlar.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

13-02-2025, 15:43

Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?

Araşdırma

16-08-2022, 17:02

“Azərlotereya”nın xalqdan yığdığı pullar Niderlandda ofşora daşınır — SENSASİON TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

9-11-2024, 12:31

Möhnətova bu MÖHLƏTİ KİM VERİB? - İLGİNC

Sosial / Olay

2-08-2023, 11:47

Küçələri cənginə almış kasıbların "bəlası" - Qanunlarımız QUMAR HƏVƏSİNİ üstələyə biləcəkmi?

İqtisadiyyat

27-07-2022, 14:10

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxıldı

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Sosial

10-07-2024, 10:19

“Bu qurum biz kasıblar üçün deyil…” - ETİRAZ

Gündəm / Səhiyyə

27-10-2023, 10:46

Mərkəzi xəstəxanaya duz-istiot qabı, qazan və salat boşqabı almaq istəyi “boşa çıxdı”

Gündəm / Ölkə

12-07-2023, 12:26

Məmurların “milyonlarla manat” əmlakı əllərindən alınıb, sonra geri qaytarılır. Niyə? - VİDEO

Cəmiyyət

17-08-2022, 13:04

Çörəyin qiyməti 1 manat ola bilər – Ekspert

Cəmiyyət

2-09-2022, 11:28

Bu çörəyin qiyməti ikiqat bahalaşdı - YENİ QİYMƏTLƏR

Gündəm / Dünya

2-11-2024, 15:12

“Kartdan karta” görə daha 90 sahibkar cəzalandırıldı

Araşdırma
Zərgərlik mağazalarından oğurluq edən qadın saxlanıldı - VİDEO
İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
“Vüsal 300“ yenə köhnə ampulasında – Yüksək faiz, qanunsuz lizinq
Fuad Qəhrəmanlı axtarışa verildi
Şəhid anası imtahandan kəsildi, imtiyazsız namizəd imtahansız işə götürüldü – Quba-Xaçmaz RTİ-də qəribə kadr seçimi
Şəhid bacısı kənarda, “razılaşan” işdə: Quba-Xaçmaz RTİ-də qəribə prioritet oyunu Şəhid bacısı aldadıldımı?
Hadisə
10-02-2026, 14:58
Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi
9-02-2026, 10:14
Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb
8-02-2026, 11:00
Narkotik çəkib maşın sürürdü - Həbs edildi
7-02-2026, 15:57
Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub - BİRGƏ MƏLUMAT
7-02-2026, 11:26
Ötən gün ölkədə ərazisində 7 avtomat silahı, 17 tüfəng aşkar edilib
6-02-2026, 12:42
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Xəbər lenti
  • Bu gün, 19:01
    Ombudsman Səbinə Əliyeva vətəndaşları qəbul edib FOTOLAR
  • Bu gün, 18:54
    Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
  • Bu gün, 18:39
    “Qurtuluş 93″də tikilən qanunsuz obyektə hansı məmur icazə verib? - Videofakt
  • Bu gün, 18:25
    Prezident İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
  • Bu gün, 18:10
    Mahir Abbaszadə Dadaşovun şirkəti ilə 3.5 milyonluq müqavilə bağladı – Vergi borcu var
  • Bu gün, 17:59
    “Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi
  • Bu gün, 17:48
    Həbsxanalar üçün 6.5 milyon manat ayrıldı
  • Bu gün, 17:37
    Qəbir yerlərindən qazanılan milyardlarlar kimin cibinə gedir? - Bələdiyyələrlə İş Baş İdarəsi susur...
  • Bu gün, 17:12
    AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
  • Bu gün, 17:05
    "Azərlotereya"nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı - Araşdırma
  • Bu gün, 16:47
    Referenduma hazırlaşan Kiyev – yeni münasibətlər quracaq ABŞ və Rusiya - ŞƏRH
  • Bu gün, 16:36
    İcra başçısının nə marağı var idi ki... CAMAAT ZÜLMƏ SALINIB? - “Vesta Construction” İŞİNDƏ ŞÜBHƏ!
  • Bu gün, 16:00
    Rəsmi Moskva: Ukrayna ilə bağlı danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək
  • Bu gün, 15:53
    Məhkəmə işə gecə yarısı baxır? -Bakı Apellyasiya Məhkəməsi gecə 12-də yazılı icraatda akt çıxarıb (?)
  • Bu gün, 15:31
    DTX-nin saxladığı Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
  • Bu gün, 15:20
    Prezident İlham Əliyev Almaniyaya səfərə gedib
  • Bu gün, 15:11
    MİDA Abşeronda 2.3 milyona uşaq bağçası tikmək istəyirmiş - Qarşısı alındı / SƏBƏBİ...
  • Bu gün, 14:47
    Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi açıqlanıb
  • Bu gün, 14:34
    “Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
  • Bu gün, 14:19
    Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib
  • Bu gün, 13:23
    Azərbaycanlı hüquqşünasa beynəlxalq məhkəmədə vəzifə verildi
  • Bu gün, 13:22
    “Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı – “Li L9 Ultra” avtomobili sahibini tapdı
  • Bu gün, 13:07
    Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar artımlarla ödənilib
  • Bu gün, 13:01
    Qarabağdan qənimət kimi ələ keçirilən mal-qaranı FƏDA ABBASOV SATDIRIB! -Şəhid ailəsi ŞOK FAKTLARI AÇIQLAYIR...
  • Bu gün, 12:46
    Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
  • Bu gün, 12:31
    Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?!
  • Bu gün, 11:44
    Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
  • Bu gün, 11:33
    Parlamentdə dostluq, biznesdə düşmənçilik –Ağalar Vəliyev Yılmaz Okukluya niyə “ilişdi”?”
  • Bu gün, 11:19
    Sahibə Qafarova: ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyətə malikdir
  • Bu gün, 10:58
    Cərrahiyə Klinikasında Fariz Camalovun və Fərhad Sultanovun əməliyyatından sonra xəstə ölüb - Video
  • Bu gün, 10:33
    ABŞ-də atışma olub, ölənlər var
  • Bu gün, 10:28
    UNEC nəzdində Qida Sənayesi Kolleci beynəlxalq keyfiyyət standartları üzrə sertifikatlar əldə edib
  • Bu gün, 10:27
    Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
  • Bu gün, 10:16
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
  • Bu gün, 10:08
    Qusar icra hakimiyyətində xərclər necə idarə olunur?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə