• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Sahib Məmmədov bu suallara cavab verə bilmir?

Gündəm / Cəmiyyət

31-05-2025, 09:11

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasındakı (AHİK) sədr dəyişikliyindən sonra ilk bağlanan qurumun 30 illik orqanı “Ülfət” qəzeti oldu. İndi məlum olur ki, qəzeti bağlayan AHİK rəhbərliyi həmkarlarını işsiz qoyub, hüquqlarını ayaqlar altına atıblar.
Musavat.com-a müraciət edən Rasim Süleymanov deyir ki, 1993-cü ilin aprelindən 2024-cü ilin oktyabrın 22-dək üst-üstə AHİK orqanı “Ülfət” qəzetində işləyib. Onun sözlərinə görə ötən ilin avqust ayının 26-da qurumun növbədənkənar qurultayından sonra Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib. Bundan sonra İttifaqın Aparatı daxilində şöbələr üzrə yoxlama-baxışlar keçirilməyə başlanıb:
“Ülfət”də də bu proses getdi. Oktyabrın 15-dən sonra biz əməkdaşları çağırıb izahat yazmağımızı xahiş etdilər. İndi nələrin aşkar edildiyini bilsək də, o zaman izahatımızda bildiklərimizi qeyd etdik. Bizi ötən ilin oktyabrın 22-də digər strukturlarda işlə təmin etmək adı altında aldadıb işdən azad etdilər. Düzdür, 5 aydan sonra mənə Mərdəkanda qurumun sanatoriyalarının birində mühafizəçi işinə – 530 manat maaşla iş təklif etdilər və mən bunu qəbul etmədim. Uzun müddət qəzetdə işləməyimi nəzərə almadan bu hörmətsizliyi göstərdilər”.
Rasim Süleymanov deyib ki, qəzet bağlanıb, əməkdaşların hamısı işdən çıxarılıb və beləcə, işsizlər ordusunda say artırılıb: “Sözüm Sahib Məmmədovadır: niyə bizi bir dəfə qəbul etmədiniz ki, bəlkə sözümüz olacaq? Niyə əvvəlki iş yerində olan iş yoldaşlarınızı, dost-tanışlarınızı yığıb gətirib AHİK-də işlə təmin etdiniz, amma uzun illər həmkarlarda çalışmış, bu qurumun fəaliyyətində canını qoymuş əməkdaşları düşünmədən işdən kənarlaşdırmaqla məşğul olursunuz. Bu proses davam edir. Hər tərəfdən bu quruma qarşı narazılıqlar artmaqdadır! Deməli, bizi bütün sosial hüquqlardan məhrum edən bu təşkilat, qanunvericiliyin müddəalarını pozaraq acınacaqlı vəziyyət yaradıb. Bu ittifaqın əsas qayəsi işçilərin hüquqlarının keşiyində durmaqdır. Təəssüf ki, bizlərə münasibətdə absurd bir vəziyyətə imza atıb. Mən üzümü hüquq-mühafizə orqanlarına tuturam: bu qurumun və onun orqanı olmuş “Ülfət” qəzetinin fəaliyyətinin yenidən təftiş edilməsini təmin etsinlər. Onda hər şeyin indi olduğu kimi deyil, daha bərbad olduğu üzə çıxacaq. Deməyim odur ki, daxildə baş vermiş, özlərinin aşkar etdikləri nöqsanları ört- basdır etməklə, hüquq- mühafizə orqanlarını bu vəziyyətdən agah etməyiblər. Sual yaranır: niyə və nəyin müqabilində!? Danışılası söz çoxdur. Amma vaxtı çatanda hər şey aşkara çıxacaq. Hələlik isə qurumun yeni tərkibi yeni-yeni yeniliklərə imza atmaqla məşğuldur. Bu da köhnə işçilərin hamısının yavaş-yavaş bu təşkilatdan uzaqlaşdırılması ilə nəticələnir”.
Rasim Süleymanov qeyd edib ki, “Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşov eyni zamanda da AHİK- sədrinin müavini vəzifəsini tutub: “Bütün baş verənlərin başında o və qəzetin baş redaktorunun müavini olmuş Bəyalı Rzayev dayanıbmış. Bunu yoxlamadan sonra bildik… utancverici bir vəziyyət. Bu işi necə ört-basdır edilərsə, cavabını ancaq Sahib Məmmədov verə bilər!”
Rasim Süleymanovun fikirlərinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun münasibətini öyrənmək üçün qurumla əlaqə saxladıq. Sorğumuzu elektron qaydada ünvanladıq.
Sorğunun mətnini də təqdim edirik:
Hörmətli Sahib müəllim,
Daxil olmuş müraciət əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş işçisi Rasim Süleymanovun “Ülfət” qəzetində baş verənlər və AHİK rəhbərliyi tərəfindən atılan addımlar barədə açıqlamalarına dair sizə bir neçə sualla müraciət edirik. Bu suallara cavabınızı media resursumuz vasitəsilə ictimaiyyətə çatdıracağımızı bildiririk:
AHİK-in orqanı olan və 30 ilə yaxın fəaliyyət göstərmiş “Ülfət” qəzetinin bağlanmasının əsas səbəbi nə ilə bağlı idi? Bu qərar hansı rəsmi sənədə əsasən qəbul olunub?
Qəzetin bağlanmasından sonra əməkdaşlara yeni iş yerləri ilə bağlı hansısa rəsmi prosedurlar təqdim olunubmu? Əgər təqdim olunubsa, həmin işlərin şərtləri və maaş dərəcələri barədə ictimaiyyətə məlumat verə bilərsinizmi?
Rasim Süleymanov bildirir ki, 30 illik jurnalist fəaliyyətindən sonra ona sanatoriyada mühafizəçi vəzifəsi təklif olunub. Bu vəzifənin təklif olunması hansı meyarlarla müəyyən edilib?
“Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun eyni zamanda AHİK sədrinin müavini kimi fəaliyyət göstərməsi kontekstində, baş redaktor və onun müavini Bəyalı Rzayevin qəzetin bağlanması və işçilərin işdən çıxarılması ilə bağlı hansı məsuliyyətləri müəyyən edilib?
AHİK daxilində yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı hüquq-mühafizə orqanlarına hər hansı rəsmi məlumat verilmişdirmi? Verilməyibsə, səbəbi nədir?
Müraciətdə qeyd olunur ki, AHİK-də yeni vəzifələrə daha çox sizin əvvəlki iş yerinizdəki şəxslər, dost-tanışlar yerləşdirilib. Bu iddialara cavabınız nədir?
AHİK-in əsas funksiyası olan işçilərin hüquqlarının müdafiəsi prinsipi fonunda, uzunillik əməkdaşların işdən çıxarılması və sosial təminat məsələlərinin diqqətdən kənarda qalması sizin rəhbərlik strategiyanızla nə dərəcədə uyğun gəlir?Musavat.com

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-07-2024, 19:35

Nazir müavini Sahib Məmmədov namizəd olacaq?-Özəl məlumat

Gündəm / Araşdırma

23-09-2024, 15:08

Ondan nəsə yenilik gözləmək... MƏNASIZ İMİŞ! - FAKT BUDUR!

Gündəm / Cəmiyyət

17-09-2024, 14:33

Möhbalıyevlə 30 ildir əlbir olan müavinlər və maliyyə rəisi kimlərdir? – Foto/Araşdırma

Gündəm / Cəmiyyət

28-05-2025, 11:06

Sahib Məmmədovun özünəməxsus kadr oyunları… – AHİK-də nələr baş verir?

Cəmiyyət

21-05-2025, 14:30

Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO

Gündəm / Cəmiyyət

16-09-2024, 15:48

Səttar Möhbalıyevin QARA İŞLƏRİ... ondan sorulacaq... - İDDİA

Gündəm / Cəmiyyət

22-05-2025, 10:32

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Gündəm / Cəmiyyət

24-07-2024, 14:14

Naxçıvanda dairəsini dağıtdılar... Bakıdakı İŞİ NƏ OLACAQ? - SANKİ...

Cəmiyyət

15-05-2025, 17:50

AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?

Cəmiyyət

7-04-2025, 11:18

Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... - Hətta naziri belə eşitmirlər...

Gündəm / Cəmiyyət

3-01-2025, 11:33

Tovuzda Sosial – İqtisadi Kollecin müəllimləri Həmkarlar İttifaqı “papka komitənin” üzvüdürlər

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
13-10-2026, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 16:29
    İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir
  • Bu gün, 16:01
    Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
  • Bu gün, 15:46
    Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb
  • Bu gün, 15:15
    Moskva və Ankara beynəlxalq arenada koordinasiyanı gücləndirmək barədə razılığa gəlib
  • Bu gün, 15:08
    Zaur Mikayılov Tahir Xəlilov tandeminin işbirliyində olduğu bu üç şirkət əslində nəyə xidmət edir
  • Bu gün, 14:46
    Hakan Fidan: Süni intellekt inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır
  • Bu gün, 14:40
    “Yelo Bank”da 196 milyon yığılmış zərər - Şirkətlər pullarını geri çəkir
  • Bu gün, 13:23
    Sabah Bakıda hava çiskinli olacaq
  • Bu gün, 13:14
    Binəqədidə tikinti özbaşınalığı DAVAM EDİR... - VİDEO
  • Bu gün, 12:44
    İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
  • Bu gün, 12:30
    "Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN
  • Bu gün, 12:22
    Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
  • Bu gün, 12:04
    Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
  • Bu gün, 11:54
    Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
  • Bu gün, 11:20
    Zelenski Rusiyanın neft emalı zavodlarına hücumların bərpa olunacağını bildirib
  • Bu gün, 11:14
    Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
  • Bu gün, 10:54
    AGMA: Məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir
  • Bu gün, 10:43
    “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
  • Bu gün, 10:23
    İtaliya hərbçiləri Azərbaycana səfər edib
  • Bu gün, 10:10
    Xalq artisti xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
  • Bu gün, 09:51
    Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB
  • Bu gün, 09:28
    Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
  • Bu gün, 09:06
    Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Dünən, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Dünən, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Dünən, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Dünən, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Dünən, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Dünən, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Dünən, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Dünən, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Dünən, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Dünən, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə