Sizin reklam burada 728×90
Son dəqiqə

Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb

14.07.2025 14:24 278 1 dəq oxunur
Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb
Doğma yurduna iyulun 14-də yola salınan köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, kənd sakinlərini qarşılama mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər.

Təzəbinə kəndində daimi yaşayış üçün köçürülən ailələrin normal yaşayışı üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az