• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gündəm / Cəmiyyət

26-08-2025, 09:23

Ölkədə son dörd ildə içməli su problemi, habelə ölkə boyunca suvarma (meliorasiya) sistemlərində böhran ifrat həddə çatıb. Bu yay Bakı və bölgələrdə əksər vətəndaşlar içməli suya həsrət qaldılar. Habelə, bölgələrdə əksər kəndlilər, kiçik fermerlər normal şəkildə suvarma suyu əldə bilmirlər, nəticədə 10 min hektarlarla əkin, bağ sahələri məhv olub və olmaqda davam edir. Həmçinin, heyvandarlıqla məşğul olan çox sayda kəndli mal-qaraya doyunca su verə bilmir.
Eyni zamanda xüsusən Bakıda kanalizasiya və drenaj sistemləri də faktiki iflic durumdadır. Bir çox ərazilərdə çoxmənzilli binaların isə zirzəmisi çirkab suları ilə doludur. Yüz minlərlə insan antisanitariya vəziyyətində yaşayır.

Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) "başbilənləri" və trolları isə uydurma "səbəblər" səsləndirib vətəndaşları aldadır. Əslində, öz bacarıqsızlıqları, qohumbazlıqları, tender mənimsəmələri səbəbindən su, kanalizasiya və melorasiya sistemini tam bərbad hala salıblar. Ölkədə içməli su, suvarma, kanalizasiya böhranını təqdim etdiyimiz onlarla videofakt aydınca təsdiqləyir, necə deyərlər, nocomment! Buyurub sosial şəbəkələrdən topladığımız, araşdırma üçün real biabırçı mənzərə yaradan videolara baxın.

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

İndi isə keçək bu biabırçılıqların səbəblərinə...

Əməkdaşımıza su sistemində 30 ildən artıq çalışmış bir mühəndis acınacaqlı durumun əsl səbəkarlarını və səbəblərini danışıb.

Bütün bu fəlakət kimi durumun baiskarları ADSEA-nı ailə-quda podratına çevirən Zaur Mikayılov (sədr), Fuad Quliyev (aparat rəhbəri) və Əsəd Şirinov (rəsmi müşavir, amma faktiki baş cuvar Z.Mikayılovun xeyir-duası ilə ADSEA-da qeyri-rəsmi üçüncü səlahiyyətli şəxsdir) triosunun yarıtmaz, qaranlıq, fərdi maraqlarına hesablanmış idarəçiliyidir.

Z.Mikayılovun qarşısında qoyulan tələb su, kanalizasiya sistemini səhmana salmaq, korrupsiyanın qarşısını almaq idi. Lakin əksi baş verdi və verməkdə davam edir. Nəticədə bütün sistem iflic vəziyyətindədir. Əsas səbəb bacarıqsızlıqdır, fərdi maraqlarını təmin etməkdir. Bu kontekstdə su istismar qaydalarını bilən kadrların da kütləvi şəkildə işdən çıxarılması və üç qudanın bu vəzifələrə naşı qohum-dost-tanışlarını yığmalarıdır. Onların su sistemindən anlayışı, bacarığı, təcrübəsi elə ADSEA sözçüsü Ceyhun Musaoğlunun (yeri gəlmişkən, bu adam ictimaiyyət nümayəndəsi kimi Mətbuat Şurasının İdarə Heyətinin üzvü "seçilmişdi". Məmur olduqdan sonra oradan istefa verməlidir, amma bunu etmir. MŞ-nın nizamnaməsi bunu tələb edir. Bu mövzunu ayrıca işləyəcəyik) "su ona görə yoxdur ki, hamı krantı eyni vaxtda açır" kimi "dahi kəşfi" səviyyəsindən o tərəfə keçmir...

Su sistemlərinin istismarından başı çıxmayan dost, qohumlarını, tanışlarını görəvləndirib, yetkin kadrları uzaqlaşdırdıqları üçün sistem pozulub, Bakıda su ərşə çəkilib.
ADSEA rəhbərliyinin belə bir uydurması da var ki, guya paytaxta su qəfildən yoxa çıxıb, ona görə durum belədir. Amma məsələ qətiyyən elə deyil. Hazırda ötən illərlə müqayisədə həm Kürdən, həm Oğuz-Qəbələ-Bakı kəmərindən, həm Şollar xəttindən kifayət qədər axın var, Ceyranbatan su anbarında və digər su mənbələrində kifayət qədər su mövcuddur.

İkinci uydurmaları odur ki, rayonlardan Bakıya axın var, paytaxtda su ona görə çatışmır. Elə isə bəs boşalmış(?) rayonlarda niyə su yoxdur? Əksər rayonlarda su böhranı Bakıdan ciddidir. Rayonlarda da su tapılmır.
Üstəlik, son 1 ildə Bakıdan 40 minə yaxın əhali Qarabağa köçürülüb. Bundan başqa, bəyənmədiyimiz Qorxmaz Hüseynovun dövründə Bakıda su problemi bundan 50 faiz az idi. Bəs son 4 ildə bu qudalar dövlətin su sistemini yaxşılaşdırmaq üçün ayırdığı 100 milyonları neyləyib? Hanı nəticə? Fakt odur su, kanalizasiya sistemi çökür.

Səbəb sirr deyil. Birincisi, ADSEA-da xaotik idarəçilikdir, qudalar öz maraqlarımı önə çəkiblər, istismarı idarə edə bilmirlər və əhalinin dərdi də onları elə də maraqlandırmır. Su sistemini yaxşılaşdırmaq adı ilə görülən işlər də keyfiyyətsiz, plansızdır və korporativ maraqlarını təmin edirlər.Bir tərəfdən də əhalidən işlətmədikləri suyun pullarını tələb edirlər. Buna dair yüzlərlə şikayət var sosial şəbəkələrdə.

Bölgələrdə kiçik fermerlərə isə suvarma suyu ona çatmır ki, regional su sistemləri idarələrinin rəhbərləri suyu oliqarxların, məmurların böyük əkin sahələrinə verir. Təbii, müəyyən maraqlar qarşlığında...

Hazırda Zaur Mikayılov faktiki olaraq ADSEA-da idarəetməni əziz qudası Fuad Quliyevin tam ixtiyarına verib. O da aləmi bir-birinə qatıb, öz biznesini çiçəkləndirir. Vaxtı ilə dövlət satınalmaları sektorunda, paralel olaraq biznes sahəsində çalışan Fuad Quliyev hazırda ADSEA-nım tenderləri hesabına biznesini böyüdür. Biznes ortaqları ilə birlikdə faktiki onun kontrolunda olan "PDL MMC"-yə və digər şirkətlərə melorasiya və su, kanalizasiya sistemi üzrə işlərdə tenderlər vasitəsilə böyük pullar ötürür.
Onun təkcə yeni qurulan Mingəçevir-Hacıqabul kanalının tikintisində həyata keçirdiyi proseslər hüquq-mühafizə orqanlarının araşdırmasına təqdim olunsa, dəhşətli yeyinti faktları ortaya qoyular.
Bu işləri tənzimləməkdə digər quda Əsəd Şirinov əsas "menecerdir".

Dəqiqləşdirməmiz zamanı bir fakt da üzə çıxıb: Fuad Quliyev saxta diplomlar satan ABU-nun "məzunu"dur. İddiaya görə onun diplomu saxtadır və Təhsil Nazirliyinin bazasında mövcud deyil (bu məsələni də ayrıca işləyəcəyik)... Yeri gəlmişkən, şok edən bir faktı da qeyd edək: ADSEA-da qudaların sayı artıq dördə çatıb! Fuad Quliyev yeni qohum olduqları bir şəxsə də kommunikasiya sektorunda mühüm vəzifə verib. Həmin əməkdaşın kimliyini bilsək də, hələlik müəyyən səbəblərdən yazmırıq.

Təsəvvür edin, ADSEA-nı bu adamlar tamamən quda-ailə agentliyinə çeviriblər.
Vaxt vardı ölkədə iki ayrı-ayrı sahənin rəhbər şəxsi - sabiq nazirlər Ziya Məmmədovla Heydər Əsədov quda olduqlarına görə media, siyasətçilər onları yıxıb-sürüyürdü. Nəhayət işdən çıxarıldılar. İndi isə nazirlik statuslu ADSEA-nı 3 quda və ətraflarındakı qohum, dostları ilə idarə edir, susqunluqdur. Niyə? Bir qurumu 3 quda, üstəgəl ailə üzvləri idarə edəndə nəticə belə də olmalı idi... Bir müddət əvvəl mediada bu məsələ yazılanda dövləti, vətəndaşları aldatmaq üçün Əsəd Şirinovun guya işdən azad edildiyini bildirdilər. Ancaq bu tam yalandır.
Bu yaxınlarda, iyul ayında çəkilmiş fotoya diqqət edin: Ortada Zaur Mikayılov, sağında lap solda Fuad Quliyev, solunda lap axırda Əsəd Şirinov addımlayırlar... Onu da qeyd edək ki, son 3 ildə xüsusən Fuad Quliyev üzünü mediadan gizlətməyə, ümumi şəkillərdə künc-bucaqda yer almağa çalışıb...O, üstəlik daha bir ailə üzvlərinə vəzifə verib. Beləcə, ölkənin ən strateji sahəsini batırırlar.
Nəhayət, qudaların Bakıda su böhranının məsuliyyətini boyunlarından atmaq, əhalini aldatmaq üçün bir hiylə də işlətməsini də diqqətə çatdıraq, gör əsiniz ki, bunlar öz maraqları üçün nələr edəcək adamlardır. Böyük sosial şəbəkə səhifələrində su ilə bağlı şikayət, reportajlar olanda şərh yerinə ADSEA-nın trolları gəlib belə şərhlər atırlar ki, Bakıda su olmamasının səbəbi guya hörmətli Emin Ağalarovun möhtəşəm See Braze layihəsinə görədir. Guya suyu məcbur ora verirlər, əhali susuz qalır. Hansı ki, şəhərdən ora su getmir. Kompleksin özünün böyük artezianları da var.
İkincisi, Lökbatanda, Yasamalda, Sumqayıtda, Xırdalanda və s. su olmamasının See Braze-yə nə aiduyyəti ola bilər?! Sadəcə, belə bir uydurma ilə özlərinin günahını, yarıtmazlığını ört-basdır etməyə çalışırlar, eyni zamanda bununla əhalidə qıcıq yaratmağa səbəb olurlar. Təsəvvür edirsiniz bunlar öz maraqları naminə nələr edir, hansı oyunlar qurur?!..

Bakıda su-kanalizasiya sistemində 30 il çalışmış mühəndis əməkdaşımıza onu da deyib ki, son 5 ildə qudalar agentliyinin yarıtmaz fəaliyyəti ucbatından bir gün paytaxtın əksər hissəsi tamamilə kanalizasiya sularının altında qala bilər.
Xaotik idarəçilik, tender oyunlarına, istismarı naşılar idarə etdiyinə görə su və suvarma sistemində daha böyük fəsadlar yaşanacağı da qaçılmazdır.

Adları çəkilən şəxslərin mövqeyimi yayınlamaöa hazırıq.

Sitat.info

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-02-2025, 08:30

Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? - Beyləqanda ACINACAQLI DURUM

Siyasət

24-09-2024, 13:39

Goranboyda bu idarə NARAZILIQ YARADIR - "Mən anlamıram... təbiətin suyuna necə yiyələnmək olar?"

Gündəm / Siyasət

15-04-2024, 13:28

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Cəmiyyət / Bölgə

4-09-2023, 09:28

"Su İdarəsinin sahibi BİZİ SUSUZ QOYUB" - VİDEO

Gündəm / Olay

21-09-2023, 17:47

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar

Siyasət

1-04-2025, 13:37

Prezident İvanovka kəndi ilə bağlı sərəncam imzaladı

Bölgə

29-06-2022, 21:36

Kəlbəhüseynli sakini: “Yonca sahələrimiz susuzluqdan cadar-cadar olub”

Cəmiyyət

18-04-2025, 09:53

Hesablama Palatası: Kür-Araz ovalığında şorlaşmış torpaqlar artıb

Cəmiyyət

24-08-2022, 16:55

SON DƏQİQƏ! Xankəndidəki separatçılar təsdiqlədilər: Avqustun 22-də SƏRSƏNGDƏ…

Cəmiyyət

24-05-2025, 08:58

Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...

Cəmiyyət

17-03-2025, 10:20

İçməli suya həsrət qalan Əhmədlidə İÇMƏLİ SU FONTAN VURUR... - AXI NİYƏ?..

Bölgə / Sosial

17-07-2023, 12:47

Göyçay rayon Suvarma Sistemləri İdarəsində nə baş verir?- 3 aydır müdir vəzifəsinə gələn ...

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
6-10-2026, 17:41
Bulvarda 630 minlik "Lamborghini" ilə drift edilib? - Hacı Həsənli ilə bağlı qərar verildi
Xəbər lenti
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
  • Dünən, 17:42
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Dünən, 17:34
    “Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT
  • Dünən, 16:48
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Dünən, 16:29
    Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."
  • Dünən, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Dünən, 16:08
    Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR
  • Dünən, 15:49
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Dünən, 15:38
    “BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR
  • Dünən, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Dünən, 14:58
    Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi
  • Dünən, 14:52
    Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI
  • Dünən, 14:51
    Türkiyədə Azərbaycan əleyhinə media hücumu: bu, kimin marağındadır?
  • Dünən, 14:35
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Dünən, 13:01
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Dünən, 12:54
    Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."
  • Dünən, 12:39
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
  • Dünən, 12:28
    Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...
  • Dünən, 11:58
    Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
  • Dünən, 11:46
    “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?
  • Dünən, 11:24
    Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
  • Dünən, 11:15
    Dönərçi “Halal Food”u ifşa etdi – Foto
  • Dünən, 10:52
    Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
  • Dünən, 10:43
    SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...
  • Dünən, 10:01
    Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
  • Dünən, 09:49
    Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...
  • Dünən, 09:29
    "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
  • Dünən, 09:22
    Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?
  • Dünən, 08:56
    Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə