• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“İnşaat Konstruksiyalar” müharibə veteranından külli miqdarda pul alıb mənzilini vermir – MMC-dən daha bir ŞİKAYƏT

Gündəm / Cəmiyyət

6-09-2025, 11:55

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 saylı hərbi hissədə qeydiyyatda olan, Nizami rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də faktiki yaşayan Bəşirov Elxan Bəşir oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ictimailəşdirilməsi məqsədi ilə “İnşaat Konstruksiyalar” MMC-nin direktoru Rauf Əhmədov və dəstəsinin 10.02. 2018-ci il tarixli MÜQAVİLƏYƏ əsasən ona verilən mənzilin digər bir neçə şəxslərə satdıqdan sonra 21 iyun 2021-ci il tarixli 085002 saylı yeni müqavilə əsasında digər ünvandakı mənzilin də pulunu tam ödəməyinə baxmayaraq həmin mənzili də dələduzluq edərək başqasına satması cinayəti barədə şikayət məktubu ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olan şikayət məktubunda deyilir:

Çoxhörmətli cənab Prezident! Son 7 il ərzində “İnşaat Konstruksiyalar” MMC-nin başımıza gətidyi qanunsuz hərəkətlərdən bezərək son ümid yeri kimi Sizə müraciət edirik.

Mən, Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışam Müharibə iştirakçısıyam və hazırda ehtiyata buraxılan zabitəm. Müharibə dövüründə sağlamlığımı müəyyən qədər itirdiyimə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Hazırda işsizəm. İki övladımız da bizim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, biz də bir Azərbaycan vətəndşı olaraq ailəmizi birtəhər dolandıraq. Budur, mən də Azərbaycan vətəndaşı olaraq qonum-qonşudan borc alıb mənzil problemimin həll edilməsi üçün 2018-ci ilin 10 fevralında əvvəlində üz tutdum “İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru Rauf Əhmədovun ofisinə.

İlk öncə 10 fevral 2018-ci il tarixində bağladığımız müqaviləyə görə MMC-nin direktoru olan Rauf Əhmədovla 3 otaqlı mənzil üçün tələb olunan ilkin ödənişi 5000 manat məbləği verib mənzil almaq üçün müqavilə bağlamışam. Budur, bu az vaxtda öyrəndim ki, mənə müqavilə əsasında verilən, Yəni Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 25 38 ünvanda, 16-cı mərtəbə, ümumi sahəsi 133.74 olan,71 N-li mənzil digər şəxsə satılıb.

Maraqlı burasıdır ki, “İnşaat Konstruksiyalar” MMC-nin direktoru R.Əhmədov 2021-ci ildə məni dəvət etmiş və müxtəlif bəhanələr uyduraraq mənzilin digər yerdə şəhərin mərkəzinə yaxın olan yerdə verəcəyini vəd edərək müqaviləni təzələməyi təklif etmişdir.

Mən ödədiyim pulların batmaması üçün Raufla məcbur olub razılaşdım və köhnə müqaviləni 085002 saylı, 21 iyun 2021-ci il tarixli yeni müqavilə ilə əvəz etdik. Dedilər narahat olma, hər şey hazır olan kimi xəbər edəcəyik. Gəlib mənzilinizi təhvil alarsınız. Razılaşdıq. Baş direktor mənə bu dəfə Xətai rayonun Nobel prospekti 13, F.Bayramov, A Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi binanın 20-ci mərtəbəsində, ümumi sahəsi 121 kv.m olan, 2 otaqlı, 85 saylı mənzilin dəyərini elə 21 06.2021-ci il tarixdə yeni müqavilə şərtlərinə uyğun olaraq tam ödədiyim ( cəmi 266 860 manatı) halda aradan 4 il keçməsinə baxmayaraq yenə məni süründürməçiliyə salaraq mənzilimi bəhanələrlə təqdim etmək istəmir. Hər dəfə bir yalan uydurmaqla peşəkar dələduz kimi məni gözləməyə vadar edir. Budur, son günlər isə heç telefonuma belə cavab vermir, Yayınır.

Artıq məndə şübhələr yaranıb ki, bu adam mənə verilməsi nəzərdə tutulan mənzili digər şəxslərə satıb. Belə olmasaydı 4 il əvvəl 100 % nağd pulunu ödədiyim mənzil niyə mənə verilmir?

Doğrudur, mən aidiyyatı üzrə 1 il əvvəl hüquq –mühafizə orqanlarına mənə qarşı Rauf Əhmədovun törətdiyi dələduzluq cinayəti barədə rəsmi müraciət etmişdim. Əvvəlcə yaxşıca araşdırmağa başladılar Sonda nə oldusa sanki lazımsız bir işə çevrildi. Heç rəsmi cavab da vermədilər. O da mənə sonradan məlum oldu ki, R.Əhmədov mənim kimi 274 vətəndaşa qarşı da mənzil fırıldağı edərək onların pullarını əvvəlcədən almış və mənzillərini verməmişdir.

Xatırladım ki, Azərbaycanda şəhid ailələrindən və qazilərdən sonar ən çox haqqı olan bizim ailədir. Buna qəsdən maneçilik törədənlər isə sadəcə utanmalıdırlar. Mən bir zabit olaraq 4 il iştirak etdiyim 1-ci Qarabağ Müharibəsinin ən qızğın vaxtında sağlamlığını ona görə itirməmişəm ki, bu gün bizim etimadımızdan süi-istifadə edərək qohum – əqrəbalalardan mənzil əldə etmək üçün topladığımız pulları Rauf Əhmədov və onun arxasında dayanan oliqarx murdar ünsürlər mənimsəyib özlərinin haramzada ailələrini dolandırsınlar. Mən ondan ötəri müharibədə qanımı axıtmamışam ki, Rauf və onu gizli himayə edən hüquq-mühafizə orqanları bu cinayətkarı cəzalandırmamaq üçün onu qorusunlar. Yeri gələrsə mən bu dələduz dəstəni hansı oliqarxın qanadları altında gizlənməsindən asılı olmayaraq erməniləri cəzalandırdığım kimi cəzalandıra bilərəm.

Azərbaycan Respublikasının çox hörmətli Prezidenti İlham Əliyev və Baş Prokuroru cənab Kamran Əliyev!

“İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru Rauf Əhmədovun qanunsuz əməlləri nəticəsində mənə külli miqdarda ( 266 860 manat) maddi zərər dəymişdir

Baxmayaraq ki, R.Əhmədov 2 otaqdan ibarət pay kimi 266 860 manat əvəzində mənə verməyi öz öhdəsinə götürmüş, lakin təqdim olunmuş maliyyə arayışına əsasən pulunu alsa da öhdəliklərini icra etməmişdir. Məndə olan həmin mənzilə aid müqavilənin və arayışın surətlərini təqdim edirəm. Beləliklə, Rauf Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığına yol vermiş və mənə məxsus mənzili dəyərindən çox bahasına, yəni təqdim edilmiş maliyyə arayışına əsasən 266860 manatdan çox olmaqla tanımadığım digər şəxsə qanunsuz olaraq satmışdır.

Budur, artıq 4 ildən çoxdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 178.3.2., 308.1, 313 və 314-2.1-ci maddələri ilə istintaqı aparılmalı olan Rauf Əhmədov mənə və digərlərinə qarşı törətdiyi cinayət işinə görə məsuliyyətə cəlb olunmamışdır.

Hörmətli cənab Baş Prokuror! Etibarımdan sui-istifadə edərək məni aldadan şəxs “İnşaat Konstruksiyalar” MMC-nin hazırki baş direktoru Rauf Əhmədovdur. Mən həmin şəxsdən və onun dəstəsindən şikayətçiyəm və onların CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin mənə vurulmuş maddi zərərin tam olaraq qaytarılmasını tələb edirəm. Yuxarıda qeyd edilənlərə əsasən Sizdən xahiş edirəm ki, mənim şikayətim üzrə materialları işin ədalətli aparılması və cinayət işinin başlanması üçün ( Bakı şəhər Prokurorluğuna və ya Xətai rayon Prokurorluğuna ) göndərəsiniz.

Cənab Prezident İlham Əliyev!

Xahiş edirəm, “İnşaat Konstruksiyalar” MMC-nin dələduz dəstəsinin tezliklə ifşa edilərək məsuliyyətə cəlb edilməsi və Şəxsi nəzarətiniz altrında tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürlər.

XÜSUSİ QEYD: Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. “Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim edilir və iddia heç vaxt təkzib edilməyib.

Aktualinfo.org

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-07-2025, 19:47

Gülpəri Bayramova “Qarabağ – Oil” zavodu haqqında olunan şikayətə aydınlıq gətirdi

Cəmiyyət

28-05-2025, 10:08

“İnşaat Konstruksiyaları” MMC DƏLƏDUZLUĞU İFŞA OLDU - TƏFƏRRÜAT

Gündəm / Cəmiyyət

29-07-2025, 10:05

Xanım sahibkar iki şəkili kəndçinin zəhmət haqqını kəsdi – Onlar da Prezidentə üz tutdular

Araşdırma / Sosial

22-11-2023, 13:02

14 əvəzinə 17 mərtəbə tikdilər, 280-dən çox insanı aldatdılar

Gündəm / Cəmiyyət

24-04-2024, 13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Gündəm / Cəmiyyət

7-10-2024, 10:37

Mebel ustasının zəhmət haqqını kim və niyə vermir? – SEA BREEZE rəhbərliyi, yoxsa… –ŞİKAYƏT

Cəmiyyət

28-01-2025, 17:54

“Abşeron A1” MTK-nın nümayəndəsinə hökm oxundu: özünü sədr kimi təqdim edib

Gündəm / Siyasət

16-02-2024, 15:18

Prezident bu nazirləri təsdiqlədi - Təcili

Cəmiyyət

13-02-2025, 14:14

700 manat əmək haqqı alan saxta direktorun əmlakları

Cəmiyyət

28-11-2024, 10:38

Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI

Cəmiyyət

23-04-2024, 14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Dünən, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
Dünən, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
Dünən, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
14-06-2026, 12:00
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
14-06-2026, 11:00
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Xəbər lenti
  • Dünən, 19:25
    Sevda Abuzərli: “Bu səfər mənim üçün həm elmi, həm də peşəkar baxımdan olduqca faydalı təcrübə oldu”
  • Dünən, 19:00
    Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
  • Dünən, 18:43
    Kəmaləddin Heydərov yüksək nəticələr qazanmış FHN komandalarının üzvləri ilə görüşdü - VİDEO
  • Dünən, 18:30
    “İran yüksəksəviyyəli beynəlxalq yoxlamalara razılıq verib”
  • Dünən, 18:00
    Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
  • Dünən, 17:38
    İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
  • Dünən, 17:29
    AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
  • Dünən, 16:59
    Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub - FOTOLAR
  • Dünən, 16:56
    Sabahdan bəzi yerlərdə yağış intensivləşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:49
    Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
  • Dünən, 16:31
    Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
  • Dünən, 16:26
    Bu qurum BŞİH-in əlindən alındı - Baş nazirdən SƏRƏNCAM
  • Dünən, 16:09
    “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
  • Dünən, 15:43
    DSMF: Bütün sosial ödənişlərin sabah yekunlaşdırılması nəzərdə tutulub
  • Dünən, 15:27
    Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
  • Dünən, 15:19
    “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
  • Dünən, 15:04
    Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir
  • Dünən, 14:54
    İstanbulda Anar Əlizadənin uşaq bağçasında şiddət – Uşaqları çubuqla döyürlər...
  • Dünən, 14:31
    Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
  • Dünən, 14:24
    Vətəndaşın pulunu mənimsəyib "şirin yuxuya" gedən Hacı Ənvər: Sədərək Yusifin qardaşı kimi arxalanır, yoxsa qanunları heçə sayır?
  • Dünən, 14:12
    Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
  • Dünən, 12:51
    Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - NİYƏ?
  • Dünən, 12:29
    Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
  • Dünən, 12:14
    Dənizləri fəth edən azərbaycanlı Tahir Qarayev Avropa İttifaqının kabusuna çevrilib
  • Dünən, 11:19
    İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib
  • Dünən, 11:08
    Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
  • Dünən, 10:37
    Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək
  • Dünən, 10:28
    Dərsə gəlməyən şagirdlərə qiymət yazılıb - 181 nömrəli tam orta məktəbdə
  • Dünən, 10:01
    Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib
  • Dünən, 09:43
    Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
  • Dünən, 09:17
    XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
  • Dünən, 09:11
    75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
  • Dünən, 08:46
    Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur
  • 22-06-2026, 18:46
    Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
  • 22-06-2026, 18:30
    AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə