• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış - "SOCAR AQS" İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Gündəm / Sosial

21-11-2025, 17:55

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş “SOCAR-AQŞ” MMC-nin həbsdə olan keçmiş rəhbəri Ramin İsayevin apellyasiya şikayətinə baxılır.
Qeyd edək ki, çoxsaylı iqtisadi cinayətlərdə ittiham olunan Ramin İsayevin birinci instansiya məhkəməsində onun qardaşı Rafiq İsayevin də qanunsuz əməlləri gündəmə gəlsə də nədənsə o həbs edilmədi.

Qeyd edək ki, bu barədə mediada da çoxsaylı məlumatlar yayılıb.

Gununsesi.info-nun xəbərinə görə, Ramin İsayevin Apellyasiya Məhkəməsinə çıxdığı məqamda onun digər qardaşları – Rafiq və Məhərrəm İsayevlərin də qanunsuz əməlləri barədə yeni faktlar üzə çıxıb.

Məlum olub ki, Ramin İsayevin “SOCAR-AQŞ” MMC-yə rəhbərlik etdiyi dövrdə onun özü və qardaşları qanunsuz yollarla varlanıb.

Yayılan məlumatlarda bildirilir ki, Rafiq İsayev öz evində xadiməçi kimi işlətdiyi Ulduzə İsmayılovanın adına “Manitou” markalı avtoyükləyici alıb və onu icarəyə verirmiş.

Xadimənin adına açılan bank hesabına icarə pulundan hər ay daxil olan 4600 manatdan isə ona maaş kimi 600 manat ödənirmiş.

Beləliklə, Rafiq İsayev “bir güllə ilə iki dovşan vururmuş”.

Həm evində xadiməçi işlədir, həm də onun adıyla pul qazanır və qazanılan puldan da 600 manat ona maaş ödəyir.

Onu da qeyd edək ki, Ulduzə İsmayılova şəhid xanımıdır.

Bu faktlar hələ ibtidadi istintaq dövründə təsdiqini tapıb. Ancaq nədənsə, Rafiq İsayev məsuliyyətdən yayına bilib.

Məlumatda o da deyilir ki, Rafiq İsayev qardaşı Ramin İsayevlə alınan texnikalar üzərindən də külli miqdarda pul qazanıb.

Rafiq İsayevin şəhid və qazi ailələrinin üzərindən iş görməsi təkcə bu faktla bitmir. Belə ki, Rafiq İsayevə məxsus Xətai rayonunda yerləşən ticarət və “moyka” obyektləri var və həmin obyektləri Rafiq İsayev Xətai Rayon İcra Hakimiyyətində işlədiyi dövrdə qanunsuz şəkildə əldə edib.

Məlum olub ki, onun bu obyektləri piyadaların səkisi üzərində və Sərhəd Xidməti Akademiyasının mühafizə zonasında inşa olunub.

Həmin dövrdə də Rafiq İsayev “qoçaq” tərpənib . Belə ki, bu obyektlərin sökülməsi məsələsi gündəmə gələndə bunun qarşısını almaq üçün qazi və müharibə veteranlarını qabağa verib.

Həmin şəxslərin kimliyi redaksiyamıza bəlli olsa da yazmağı məqbul hesab etmədik.

Məlumatda o da bildirilir ki, Rafiq İsayev Xətai Rayon İcra Hakimiyyətində vəzifə tutmasına PA-nın o zamanki rəhbəri Ramiz Mehdiyev sayəsində nail olub.

Bildirilir ki, onu Ramiz Mehdiyevə yaxını Prezidentin İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov təqdim təqdim edib.

“Buna görə Rafiq İsayev öz yaxınlarının arasında Ramiz Mehdiyevə “ağsaqqalım” deyirdi. Bunun kifayyət qədər şahidləri var. Rafiq İsayev həm özünün, həm də qardaşı Ramin İsayevin qanunsuz əməllərini gizlətmək və məsuliyyətdən yayınmaq üçün yüksək vəzifəli şəxslərin adını çəkirdi” deyə mənbə bildirib.

İddialara görə, Ramin İsayev çəkişdiyi tərəfləri ətrafına yığdığı qazi, veteran və şəhid ailələri vasitəsi ilə təhdid edirdi.

Bu prosesdə isə ona dayısı oğlu İqbal Səmədov kömək edirdi. Ramin İsayevlə İqbal Səmədovun yazışmalarında bu barədə faktlar istintaq materiallarında yer alıb ki, bu barədə də məhkəmədə açıqlamalar səslənib.

Belə ki, Ramin İsayev İqbal Səmədova pul müqabilində şəhid ailələri və qaziləri öz kampaniyasına qoşmağı tapşırır.


İndi İqbal Səmədova bu tapşırıqları Rafiq İsayev verir.

Saxta vətənpərvlik cildinə girən bu şəxslərin öz övladları isə hərbi xidmətdən yayınıb. Belə ki, İsayevlərin daha bir qardaşı Məhərrəmin oğlanları – Fərid və Əli İsayev qardaşları hərbiyə yararlı olduqları halda xidmətdən yayınıb.

Əgər bugün hər iki şəxs tibbi komissiyadan keçirilsə, onların sağlam olduğu üzə çıxacaq.

Təqdim etdiyimiz bu fotoda əsgərlikdən yayınan bu iki qardaşın anası Ceyran İsayevanın şəhid anaları ilə birlikdə tədbirə qatılıb foto çəkdirdiyi görünür.

Növbəti materialımızda İsayevlərin özlərinin və digər yaxınlarının qanunsuz əməlləri, bu üsullarla əldə etdikləri əmlaklar haqqında geniş araşdırma təqdim olunacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Cəmiyyət

15-08-2024, 10:25

Ramin İsayevin qanunsuz əməlləri: Milyonlar necə yeyilib?

Cəmiyyət

5-08-2024, 09:45

Ramin İsayev dövləti rəsmən qarət edibmiş... - BUNUN BAŞQA ADI YOXDUR...

Gündəm

15-08-2024, 09:12

Dələduz iş adamı Müqayis Verdiyevi kimlər HİMAYƏ EDİR?

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Siyasət

13-05-2024, 14:01

Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

5-05-2025, 08:25

Həbsdən çıxmış bankir əmlaklarını necə gizlədir? - VİDEO

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Cəmiyyət

26-05-2025, 15:15

Əfv sərəncamının icrası BAŞLADI

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 13:55
    Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
  • Bu gün, 13:41
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Bu gün, 13:08
    Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
  • Bu gün, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Bu gün, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Bu gün, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Bu gün, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Bu gün, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Bu gün, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Bu gün, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Bu gün, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Bu gün, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Bu gün, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Bu gün, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Bu gün, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • Dünən, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • Dünən, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • Dünən, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • Dünən, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • Dünən, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • Dünən, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
  • Dünən, 14:00
    Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi
  • Dünən, 13:00
    Pezeşkian: ABŞ İranın da Venesuela kimi süqut edəcəyini düşünürdü
  • Dünən, 12:30
    Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
  • Dünən, 12:00
    Azərbaycanın yeniyetmə cüdoçuları dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar
  • Dünən, 11:00
    ABŞ-nin Kanadaya qarşı təzyiq və təhdidləri gözlənilən nəticəni verməyib
  • Dünən, 10:30
    Premyer Liqa: "Turan Tovuz" "Şamaxı"nı, "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edəcək
  • Dünən, 10:00
    Tailandda yaraqlılar 30-dan çox obyektə hücum ediblər
  • 22-08-2026, 19:00
    İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq
  • 22-08-2026, 18:30
    Nazir: "Azərbaycan bankı bu gün Özbəkistan bankında payın alınmasına dair müqavilə imzalayacaq"
  • 22-08-2026, 18:00
    Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub
  • 22-08-2026, 17:30
    Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyi məlum olub
  • 22-08-2026, 17:00
    Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağır yol qəzasının bəzi təfərrüatları məlum olub
  • 22-08-2026, 16:40
    “Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
  • 22-08-2026, 16:25
    Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə