• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bu şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.

Gündəm / Cəmiyyət

29-11-2025, 10:32

Ölkənin idarəetmə sistemində ən ciddi problemlərdən biri savadsız və qeyri-peşəkar məmurların dövlət qurumlarında məsul vəzifələrə gətirilməsidir. Bu cür təyinatlar həm vətəndaşların gündəlik həyatına mənfi təsir göstərir, həm də dövlətin institusional etibarını zədələyir. Aparılan araşdırmalar göstərir ki, bəzi qurumlarda vəzifə səlahiyyətlərinin icrası bilik yox, şəxsi əlaqələr əsasında formalaşır.

Qeyri-peşəkar məmurların verdiyi qərarlar həm prosesləri ləngidir, həm də vətəndaşları əlavə xərclərə, stressə və vaxt itkisinə məruz qoyur.Ekspertlərin fikrincə, bu problemin kökündə şəffaf olmayan kadr seçimi dayanır. İxtisası uyğun olmayan şəxslərin mühüm postlara təyinatı dövlət idarəçiliyində zəncirvari təsir yaradır. Məmurun səlahiyyətindən xəbərsiz olması təkcə vətəndaşı narahat etmir, eyni zamanda sistemin özünü riskə atır.
Belə qurumlardan biri də Kənd Təsərrüfatı Nazirliyidir
Aşağıdakı siyahıda vəzifəsi ilə savadı, ixtisası təzad təşkil edən mühüm post rəhbərlərini təqdim edirik. Həmin şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.

Bu şəxslərdən kənd təsərrüfatının inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar.

İlhamə Qədimova

1975-ci ildə anadan olub.Dövlətlərarası saziş əsasında Türkiyə Respublikasının Ankara və Mərmərə Universitetlərinin Hüquq Fakultəsində bakalavr təhsili alıb(1993-1997).Dövlət hüququ üzrə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsili alıb(1998-2001). 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi aktların ekspertizası sektorunun müdiri və Hüquqi təminat şöbəsinin müdiri olub(2012-2018).Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Sarvan Cəfərov

21 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub.Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib(1987-1992).Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub(1995-2003).1998-ci ildə Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.2006-2008-ci illər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olub.2010-2013-ci illər Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma investisiya və elmi potensial şöbəsində məsləhətçi, şöbə müdiri olub.2013-2018-ci illər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru olub.2018-2019-ci illər Azərbaycan Kənd Təsərrüfatı nazirinin müşaviri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

Sarvan Cəfərov

1985-ci il 28 oktyabrda anadan olub.2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb.2008-2010-ci illərMilli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb. 2012-2018-ci illər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.2015-2017-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.Buradan bir sual çıxır:2012-2018-ci illər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində çalışdığı halda 2015-2017-ci illərdə Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsilini necə alıb?
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.Eyni zamandda 2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub və alim olmaq "eşqinə düşür".Çox maraqlı bir haldır.Görəsən Sarvan müəllim elmi işini tamamlaya bildimi?
Məcnun Məmmədov nazir təyin olunandan sonra, köhnə komandanın böyük əksəriyyətini işdən uzaqlaşdırıb və yerlərinə öz yaxın dostlarını gətirib və onların heç birinin də aqraq sahəyə aid baza təhsili yoxdur.
“Məcnun Məmmədovun 5 müşaviri var, hamısını da əvvəl işlədiyi holdinqdən gətirib. Bunlardan biri Zaur Əliyevdir. Nazirin tələbə yoldaşı olduğu deyilir. FETÖ ilə əlaqəsi barədə ciddi iddialar səsləndirilir”, –mətbuatda yayılan məlumatlarda iddia edilir.

Digər iddialara görə, Zaur Əliyev bütün qurumlara öz adamlarını yerləşdirib və yaxın zamanlarda nazir müavini olmağa hazırlaşır.
Mətbuatda yayılan məlumatlara görə, Məcnun Məmmədovun digər müşaviri Fərid Nəcəfov ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. Nazirin kadr siyasətinə nəzarət edir. Yəni KTN-ə təyin olunan hər kəsin sənədi bu adamın əlinin altından keçir.
Nazir müşavirlərinin hamısına da xidməti maşınlar verilib – sürücüləri, katibələri və s ilə bir yerdə. İşləri-gücləri tenderləri öz adamlarına verməkdir. Hamsını bir əldən edirlər”.

Rəsmi məlumatlarda Fərid Nəcəfovun harada təhsil aldığı göstərilmir: “Fərid Nəcəfov orta məktəbi bitirdikdən sonra qəbul imtahanına girmədən Dağıstandakı bir universitetə daxil olub. Guya orada 1-2 il təhsil aldıqdan sonra Azərbaycanda bir universitetə “perevod” olunub. Bu “perevod”dan sonra onun karyerasının qızıl çağları başlayıb. Əvvəl “Gilan Holding”ə, sonra isə KTN-ə transfer olunub. Özünün deyinə görə, “Gilan Holding”in İstehsalat, İnşaat, Pərakəndə satış sektorlarında İnsan Resursları şöbəsində böyük təcrübə qazanıb. Bir sözlə, bu böyük təcrübəyə malik adamın iş və təhsil həyatı müdhiş “perevod” və transferlərlə doludur”.
Məcnun Məmmədovun digər müşaviri Rövşən Həsənov da qeyri-adi bacarığı ilə digər həmkarlarından geri qalmır.
“Vaxtilə “MKT İK” MMC-nin direktoru vəzifəsində işləyən Rövşən Həsənov pambıq yığımına nəzarət edib.Digər iki müşavir barədə də bəzi ilginc məlumatlar verən mənbə ən maraqlı iddiaları “Aqrar Xidmətlər Agentliyi” və “Aqrolizinq”lə bağlıdır.
İddialara görə, 2 noyabr 2023-cü il tarixində nazir Məcnun Məmmədovun imzaladığı əmrlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyin olunan Sərdar Hacıyev bundan əvvəl “Yalama Aqropark” MMC-nin İdarə Heyətinə rəhbərlik edib. Onun da nazirin xüsusi diqqəti sayəsində ayda 15-20 min manat “maaş əlavəsi” aldığı vurğulanır.
AXA-ya yeni təyinatlarla bağlı digər maraqlı iddia quruma sədr müavini təyin olunan Elməddin Namazovla bağlıdır. Bildirilir ki, Elməddin Namazov aqrokimya fakültəsini bitirməsinə baxmayaraq, ölkənin baytarlığına rəhbərlik edir.
Heyvan xəstəliklərinin adını belə bilməyən bu adamın həmin vəzifəyə təyin olunması hər kəsdə təəccüb doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan ofisində indiki AXA sədri Sərdar Hacıyevlə bir yerdə işlədiyi bildirilən Elməddin Namazovun məhz bu səbəbdən həmin vəzifəyə gətirilib. Yəni adamın yeganə işgüzar keyfiyyəti öz sədrlə eyni qeyri-hökumət təşkilatında işləməsi olub.
AXA-nın yeni təyin edilən sədr müavini Taleh Zeynalovun isə nazirin biznes şəriki olduğuna dair iddialar var.
Bildirildiyinə görə, nazir ilə Taleh Zeynalov Qusarda birlikdə bağ salıblar. Əvvəllər hansısa idarədə laborant işləyən Taleh Zeynalov torpaq analizi ilə məşğul olub. İndi isə AXA kimi önəmli bir quruma sədr müavini vəzifəsinə gətirilib.
KTN-nin bir başqa maraqlı kadrı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Mehman Veysəlovdur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oksford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. Qlobal nüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalq Hesabatlılıq üzrə Diplomunu əldə edib. “Intellekt” MMC-də icraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb və s.
Bununla belə, onun çatışmayan bir özəl durumu var. Saytlar iddia edir ki, o, dövlət orqanında işləməsinə baxmayaraq, Azərbaycan vətəndaşı deyil. Gürcüstan vətəndaşı olan Mehman Veysəlovun bu xüsusiyyəti onun nazirliyə bağlı qurumda işləməsinə imkan vermir.
mediatv.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

8-01-2025, 11:39

Respublika KRİTİK Xəstəxanası: Əlvizə `ƏLVİDA` deyiləcəkmi? - İTTİHAM VAR...

Gündəm / Təhsil

24-10-2025, 13:19

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Gündəm / Cəmiyyət

3-10-2024, 12:29

Dövlət Kənd Təsərrüfatı Muzeyinə BAKIDA YER TAPILMADI... - NARAZILIQ VAR...

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

5-10-2024, 09:53

ƏIviz Qasımovun ,, TRAVMALI " İDARƏÇİLİYİ və ya "Respublikanski" xəstəxanada nə baş verir?

Gündəm / Ölkə

31-10-2024, 14:06

Əcnəbi və vətəndaşlığı olmayanlarla bağlı yeni qayda

Gündəm / Cəmiyyət

20-12-2024, 09:47

 Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”

Gündəm / Cəmiyyət

24-09-2024, 09:31

Məcnun olub çöllərə düşmək lazım deyil... fermerləri dinlə... YETƏR! - NAZİRİN NƏZƏRİNƏ...

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
17-08-2026, 10:45
Qaradağda yük maşını aşıb
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
Xəbər lenti
  • Bu gün, 12:29
    Avqust ayının pensiya ödənişləri yekunlaşıb
  • Bu gün, 12:08
    "Bu xəbər kollektivimizdə ciddi narazılıq və məyusluq yaradıb" - MÜRACİƏT
  • Bu gün, 11:26
    Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb
  • Bu gün, 11:11
    “Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
  • Bu gün, 10:40
    Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək
  • Bu gün, 10:26
    Bakıda Uşaq Kliniki Xəstəxanasının ayaqyolu rüsvayçı gündədir - "Bura səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa..." + FOTOLAR
  • Bu gün, 10:05
    Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır
  • Bu gün, 09:52
    Peşə Mərkəzində 3 942 manatlıq qalmaqal - Kənan Həsənli direktoru necə qorudu?
  • Bu gün, 09:17
    Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 21:04
    39 nömrəli avtobusda təhlükə siqnalı: yanıq qoxusu və yüksək səs sərnişinləri təşvişə saldı VİDEO
  • Dünən, 20:37
    “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Lənkəran olub FOTOLAR
  • Dünən, 20:21
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir
  • Dünən, 20:18
    Azərbaycan Dövlət Aqrar Universitetində nə baş verir? – Prezidentə ünvanlanan müraciətdə ağır iddialar
  • Dünən, 19:00
    TIF-in prezidenti: "Fars körfəzi Türk dövlətləri regionu üçün uzunmüddətli investisiyaların mühüm mənbəyinə çevrilə bilər"
  • Dünən, 18:30
    Azərbaycanda turoperatorlar ölkəyə gətirdikləri əcnəbi turistlərə görə subsidiya alacaqlar
  • Dünən, 18:00
    Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
  • Dünən, 17:45
    Böyük əməliyyat: Məmməd Musayev həbs edilir? – Şok FAKTLAR
  • Dünən, 17:31
    Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir? - BU NƏDİ BELƏ?
  • Dünən, 17:26
    TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək
  • Dünən, 17:21
    İsmayıllının icra başçısı şokda: Anım Günü tədbiri ilə bağlı tender ləğv edildi - İLGİNC
  • Dünən, 17:14
    Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq
  • Dünən, 17:08
    Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
  • Dünən, 16:52
    Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq
  • Dünən, 16:38
    "Tiktok"da tanınan iş adamı İlyasın kafesi buna görə bağlanıbmış... - TƏFƏRRÜAT
  • Dünən, 16:13
    Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
  • Dünən, 16:04
    Hakim Vüsal Qurbanovun bu işdə NƏ MƏQSƏDİ VAR Kİ?.. - GÖRÜNƏNİ ODUR Kİ...
  • Dünən, 15:27
    Şagirdlərin elektron yerdəyişməsi başladı
  • Dünən, 15:14
    “Həm kartdan pul tutuldu, həm də nağd ödəniş etdim” - Vətəndaş "Dekoliv"dən şikayətləndi
  • Dünən, 14:20
    Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı
  • Dünən, 13:57
    Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
  • Dünən, 13:16
    İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var
  • Dünən, 12:47
    Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq
  • Dünən, 12:38
    Naxçıvanda camaatı BU YOLLA QAÇAQ SALIRLAR... - NARAZILIQ VAR...
  • Dünən, 12:15
    Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib
  • Dünən, 10:26
    Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə