Sizin reklam burada 728×90
Son dəqiqə

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub

19.12.2025 11:05 221 1 dəq oxunur
Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub
Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Ölkə Prezidenti bildirib ki, dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az