• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub

Gündəm / Cəmiyyət

26-02-2026, 21:13

Son zamanlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə bağlı mediada çoxsaylı məlumatlar dərc olunur. Qurumun keçmiş əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda baş aqronom işləmiş Alim Xanəhməd Əsgərov redaksiyamızla əlaqə saxlayaraq bir çox faktları üzə çıxarıb. Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Əsgərov Xanəhməd Əli oğlu bildirib ki, Su Quyuların Təmiri və İstismarı İdarəsinə dövlətimiz tərəfindən təyinatı üzrə yaşıllaşdırma, suvarılma və lazimi ləvazimatların alınması üçün 3 milyon 302 min manat pul ayrılıb. Buna baxmayaraq heç biri quyu qazdırılmayıb. Yaşar Salahovun şəxsi şirkəti olan “Yaşıl Çinar MMC”-yə ödənişləri köçürərək dövlətin ayırdığı pulları mənimsəyirlər. Mirdaməd Seyidov Yaşar Salahovu müvan təyin edib. Bu idarəyə gələndən Yaşıllaşdırma Təsərrüfatı Birliyi bitki müalicəsi şöbəsi var. Vətəndaşlar tərəfindən müraciət olanda onlara ünvanlanır. Yaşıl ağacların kəsilməsində çox pul olduğuna görə bu vəzifəni o vaxtdan Yaşar Salahova verib. Gecə-gündüz oğurluqla kəsilən ağacları Mirdaməd Seyidov Yaşar Salahovun əli ilə qazanır. Yaşar Salahov Mirdaməd Seyidovun “qara kassas”ıdır. Yoxlama aparılıb, 7 milyon 600 min manat yeyinti aşkarlanıb. Heç bir nəticə də əldə edilməyib. 2 ay 15 gün yoxlama olur, istisna hallarda 3 ay da ola bilər. 3 aydan artıq yoxlama varsa, hüquq-mühafizə orqanları işə cəlb edilməlidir. Niyə onlara məlumat verilmir? Belə çıxır ki, maliyyə naziri öz haqqını alıb. Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nəzdində Su Quyuları İstismarı və Təmiri İdarəsi var. Həmin idarənin rəisi Yaşar Salahov olub və indi də həmin idarəyə Yaşar Salahov rəhbərlik edir, başqa adam təyin etməyiblər.

Xanəhməd Əsgərovun sözlərinə görə, Su quyuları və artizan quyularının qazılması və ağac kəsdirməni Mirdaməd Seyidov qeyri-leqal şəkildə bitki müalicəsi şöbəsinin əlindən alıb Yaşar Salahova verib. Həmin maşınlar da ona verilib. Mirdaməd Seyidov orada baş direktordur. Mirdaməd Seyidov işdən çıxmayıb. Çünki M. Seyidov Yaşarı vəzifəyə gətirib. Onlar ikisi bir adamdırlar. Orada da tender keçiriblər və Bakı şəhərində ağacların kəsilməsi, üçün su quyularının qazılması, təyinatı üzrə 3 milyon 302 min manat pul ayrılıb. Ancaq bu pul ortada yoxdur. Bir dənə də quyu yoxdur. Mirdaməd Seyidov özü hərbçidir. Nizami rayonunun komissarı işləyib. Yaşarla əlbir olaraq bütün oğurluqları bərabər edirlər. Yaşıllaşdırma Təsərrüfatının nəzdində ağac-bəzək bitkiləri savxozu var. Həmin savxozun işi ondan ibarətdir ki, Bakı şəhərinə lazım olan gülü, çiçəyi əkib, becərib vermək. Ancaq bunlar tender edərək gülü, çiçəyi pulsuz götürürlər ayrı yerdən guya aldılar kimi qələmə verirlər. Dövlətin büdcəsini bu yolla talayırlar. Qurumdan mənə məktub gəlib və Mirdaməd Seyidov mənə yazıb: “Sənin dediyin faktların heç biri doğru deyil”. Mən baş prokurorluğa belə müraciət edirəm. Demişəm ki, 3 milyondan çox pul oğurlanıb. Prokuror müəyyən səbəblərdən oranı yoxlaya bilmədiyini dedi. Hətta Ekologiya Nazirliyinə də məsələ ilə bağlı müraciət etdim. Nazirin birinci müavini ilə görüşdüm. Mənə bildirdilər ki, “ora biz yox, Eldar Əzizov baxır”. Eyni zamanda mən Mehriban xanıma da müraciət etdim. Bir müddətdən sonra mənə Yaşıllaşdırmadan mənə məktub gəlir ki, “Sizin Bakı şəhəri İcra Hakimiyyətinə olan müraciətinizə Yaşıllaşdırma İdarəsində baxılıbdır”. Yəni, oğurluq edən təsərrüfat mənim şikayətimə baxır. Prezident deyir ki, şikayət olunan ünvana şikayətçinin məktubunu göndərməyin, araşdırın. Əgər mənim qurum haqqında dediklərim yalandırsa, iş qaldırın. Yalan olsaydı, mənim torbamı indiyə qədər tikmişdilər. Həmin ağac-bəzək savxozunda bir sexi mən yaratmışdım. İlə 3 milyon bitki yetişdirirdim. İndi heç 300 min də yetişdirə bilmirlər. Mən bu qanunsuzluqları dövlətimizə, dövlətçiliyimizə, Prezidentə dəstək olmağa görə işıqlandırıram. Çünki dövlətin büdcəsini talayırlar. Xırdalıqları ölkə başçısına çatdırmırlar. Prezident Administrasiyasında Süleyman İsmayılov var, məktublar şöbəsinin müdiridir. S. İsmayılov orada alver edir və məktubları itirir.

Sonda Xanəhməd Əsgərov bildirib ki, qurumda ali təhsili olmayan gənc qadınlar işlə təmin olunur. Belə ki, Yaşıllaşdırma Təssərrüfatı Birliyin müavini vəzifəsini müvəqqəti icra edən Yaşar Salahov şəxsi “tanlşlarını” mütəxəssis adıyla işə qəbul etdirir. Onlardan biri də qurumun mətbuat katibi Nərmin adlı xanımdır.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı, sorğularımız cavabsız qaldı.

Tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

31-01-2026, 09:53

Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Dünya / Mədəniyyət

30-03-2023, 22:00

Sankt-Peterburqda “Çinar” rəqs ansamblının 25 illik yubileyi qeyd edilib - FOTO

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Cəmiyyət

26-08-2024, 14:15

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi -İLGİNC

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Bölgə

20-06-2023, 16:47

Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək – Fantastikadı, deyilmi?

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
23-08-2026, 12:30
Göyçayda yol qəzasında xəsarət alan dörd nəfərdən ikisi ölüb - YENİLƏNİB
21-08-2026, 18:48
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
20-08-2026, 10:04
DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
19-08-2026, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
18-08-2026, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Xəbər lenti
  • Bu gün, 09:34
    Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 19:32
    Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
  • Dünən, 19:19
    Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
  • Dünən, 18:44
    Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
  • Dünən, 18:33
    Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
  • Dünən, 18:05
    Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
  • Dünən, 17:56
    Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?
  • Dünən, 16:55
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB
  • Dünən, 16:45
    7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
  • Dünən, 16:07
    Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb
  • Dünən, 15:53
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • Dünən, 15:10
    Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub
  • Dünən, 14:58
    Nazirlik təmir işlərinə 2.5 milyon manat xərcləyəcək
  • Dünən, 14:14
    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
  • Dünən, 13:55
    Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
  • Dünən, 13:41
    Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir
  • Dünən, 13:08
    Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
  • Dünən, 12:29
    UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub
  • Dünən, 12:19
    Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
  • Dünən, 11:56
    Hikmət Hacıyev Buxaradan paylaşım edib
  • Dünən, 11:39
    Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
  • Dünən, 11:31
    Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik
  • Dünən, 11:16
    İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Dünən, 11:05
    Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
  • Dünən, 10:29
    Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
  • Dünən, 10:13
    Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi:OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya
  • Dünən, 09:46
    AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
  • Dünən, 09:30
    “Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır - VİDEO
  • Dünən, 09:13
    Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
  • 23-08-2026, 17:00
    Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib
  • 23-08-2026, 16:30
    İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib
  • 23-08-2026, 16:00
    Prezidentin köməkçisi: Rəsmilər öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışırlar
  • 23-08-2026, 15:00
    Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
  • 23-08-2026, 14:30
    Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
  • 23-08-2026, 14:00
    ABŞ-də meşə yanğınının sahəsi bir gündə 3,2 min hektara qədər genişlənib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə