• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Psixoloq Sevda Əlixanova: Qadın psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır

Gündəm

13-06-2023, 16:28

Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailədaxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir. Son günlər qadınlara qarşı zorakılıq hallarının artması və baş verən neqativ halın yaranması ilə bağlı Psixoloq Sevda Əlixanovanın fikirlərini öyrəndik. O, bu halların baş verməsində səbəblərin müxtəlif olduğunu dilə gətirib. Belə ki, qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var.

Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas mneaələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini "dağıtdıqlarına" görə ata evi tərəfindən qəbul edilmir.
Regionlarda isə qadınlar ümumiyyətlə, məhkəməyə müraciət etməkdən çəkinir. Onlar düşünür ki, bu milli adət-ənənəyə uyğun deyildir.
Belə ki, hər yerdə olduğu kimi Azərbaycanda da istər milli, istər də dini qaydalara əsasən, qadınlar onlara inanmayacaqlarından və ya təkrarən zorakılığa məruz qalacaqlarından qorxaraq müxtəlif instansiyalara o cümlədən, polisə müraciət etməkdən çəkinir, başlarına gələn problemləri ətrafdakılara danışmaqdan utanırlar. Bu, xüsusilə də regionlarda aktual problem olaraq qalır. Məhz bu səbəbdən də ölkədə bu sahənin dəqiq statistikasını vermək mümkün olmur. Tədqiqatlar göstərir ki, qadınlar əsasən öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Bu isə təbii ki, onların gələcək həyatlarında istər cəmiyyət, istərsə də onların yaxınları üçün izsiz ötüşmür.
Dünya parktikasında qadın sığınacağı var. Bəs, ondan bizdə niyə yoxdur?
Ailədə şiddət görən qadınların və uşaqların müdafiəsi üçün dünyada bir sıra təcrübələr mövcuddur. Onların arasında ən effektlisi qadın sığınacaqlarının yaradılmasıdır. Qeyd edək ki, həmin sığınacaqlar şəhər bələdiyyəsi və QHT-lərin iri layihələri hesabına maliyyələşir. Orada psixoloq, hüquqşünas və sosioloqlar həmin qadın və uşaqlarla işləyir. Ailədə zorakılıq görən qadınların həmin sığınacaqlara müraciəti isə tam məxfi saxlanılır.
Azərbaycanda da sığınacaq mövcudur. Lakin bu məkanlar insan alverinin qurbanı olanlara xidmət edir. Beynəlxalq təcrübədən fərqli olaraq, Dİ-nin nəzarətində olan bu məkanlara yerləşdirilən qadınlar istintaq başa çatandan sonra sərbəst buraxılırlar. Onların sonrakı taleyi, həyatlarına dair təhlükəsizlik təəssüf ki, təmin edilmir. Qərb ölkələrində isə sözügedən insanların reabilitasiyası aparılır, psixoloqla və hüquqşünasla təmin edilir.
Əgər cəmiyyətdə hər hansı problem mövcuddursa hökumət də, cəmiyyətdə, ictimaiyyətdə buna böyük diqqət ayırmalıdır. Məsələn, Estoniyada bu işi görmək üçün tanınmış QHT-lər bir araya gəldilər, beynəlxalq təşkilatlardan böyük miqdarda qrantlar aldılar. Amma gəlin görək, bizdə genderlə bağlı QHT-lər bir araya gələ bilələrmi ki, böyük donorlar da ala bilsinlər? İkincisi, həmin ölkədə hökumətin problemə yanaşma tərzi başqadır. Vətəndaş cəmiyyətinə yardım edir, birgə iş qururlar.
Bir çox ailələrdə əsas ağırlıq qadınların üzərinə düşüb. Bütün bunlar isə ərlə-arvad arasındakı münasibətlərdə gərginlik yaradır. Ona görə də, ailə daxilində baş verən zoraklıqların həlli yollarının tapılması üçün problemi ictimailəşdirmək lazımdır. Bu yöndə, əri tərəfindən şiddətə məruz qalan qadınlar üçün sığınacaqların açılması ilk addımlardan biri olar".
Psixoloq Sevda Əlixanovanın sözlərinə görə, cəmiyyət və ictimaiyyət arasında insan alverinin qurbanlarının sığınacığı ilə ailədə zorakılıq görən qadınların sığındığı məkanı qarışıq salırlar: "Ailədə şiddət görənlər üçün yaradılan sığınacaqların digər sığınacaqlara qətiyyət dəxli yoxdur. Əgər belə məkanlar yaradılarsa, ailələrin dağılmasının qarşısını xeyli dərəcədə ala bilər. Bundan başqa, qadınların çox ciddi ehtiyacı olduğu həssas məsələlərlə bağlı psixoloqlar yardım edər.(xalqxeber.az)

Bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Şou-biznes

3-07-2022, 15:13

Elgiz evdən qaçan qadınlara səsləndi: "Üzünüzü mürdəşir yusun!" - VİDEO

Hadisə

12-08-2022, 11:56

Bakıda “Prius” sürücüsündən qadın sərnişinə qarşı zorakılıq - VİDEO

Hadisə

29-08-2022, 18:20

Məktəbli qıza zorakılıq edib videoya çəkənlər haqda qərar verildi

Cəmiyyət / Bölgə

25-08-2022, 18:36

Tovuzda pedofillik edən şəxs həbs edildi

Maraqlı

5-08-2022, 18:23

22 ildir çimmir

Cəmiyyət

13-05-2023, 19:43

Məişət zorakılığı hansı səbəb və hallardan qaynaqlanır...?

Dünya

10-03-2023, 20:16

Kanada mətbuatı Azərbaycan və İranda qadın hüquqlarını müqayisə edib

Hadisə / Bölgə

27-08-2022, 12:18

Bərdədə 14 yaşlı qıza təcavüz edib, görüntülərini yayan şəxsləri gözləyən cəza

Cəmiyyət

15-04-2023, 20:40

Biləsuvar rayonunda 12 aprel 2023-cü il tarixindən başlayaraq 3 günlük təlimlər keçirilib - VİDEO

İdman

22-08-2022, 20:50

""Qarabağ"ın müdafiəsində zəif yerlər var"

Cəmiyyət

29-07-2022, 16:20

Baş redaktor: “Reket və şantaj ictimai bəlaya çevrilib, ictimai müqavimətə ehtiyac var”

Şou-biznes

28-07-2022, 17:30

Sevdadan həyat yoldaşı ilə bağlı paylaşım - FOTO

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
24-10-2026, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 09:22
    Masallı, Ağstafa və Samuxun bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • Bu gün, 09:13
    Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
  • Bu gün, 08:54
    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 21:44
    Lənkəranda gənc yazar Aynur İsmayılın “Təsadüfmü, zərurətmi?” kitabının təqdimatı keçirilib
  • Dünən, 19:01
    Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
  • Dünən, 18:45
    Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Dünən, 18:28
    Yaşıllaşdırma birliyi ağacları məhv edir? – Növbəti nöqsan
  • Dünən, 18:06
    Əhalinin siyahıyaalınması üzrə qrupun işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib
  • Dünən, 17:55
    Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
  • Dünən, 17:08
    Zelenski: ABŞ-nin Ukraynaya hava hücumundan müdafiə sistemləri verməsi yubanır
  • Dünən, 16:52
    Elçin Yusubov baş məsləhətçiyə 80 minlik xidməti avtomobil verib - TƏFƏRRÜAT
  • Dünən, 16:14
    Bahar Muradova Salyanda vətəndaş qəbulu keçirəcək
  • Dünən, 15:52
    YAP-ın Balakən təşkilatının eks sədri həbs edildi - BUNA GÖRƏ...
  • Dünən, 15:33
    Bakıda "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiya keçirilir
  • Dünən, 15:02
    İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
  • Dünən, 14:25
    Bakıda sabah 21 dərəcə isti olacaq
  • Dünən, 13:11
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Dünən, 13:05
    Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
  • Dünən, 12:52
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Dünən, 12:39
    Nizami rayonundakı Park Bulvarın aldığı təsərrüfat mallarından Coşqun Cəbrayılovun payı nə qədərdir
  • Dünən, 12:19
    Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək
  • Dünən, 12:11
    Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
  • Dünən, 11:49
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Dünən, 11:38
    Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ
  • Dünən, 11:04
    Rusiya Dəmir Yolları: Ukrayna Anapa-Moskva qatarına dron zərbəsi endirib
  • Dünən, 10:47
    Mikayıl Cabbarovun sevimli kadrı HƏBS OLUNA BİLƏR - İDDİA
  • Dünən, 10:22
    Yeni Ramana küçəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 09:54
    Bərdədə bir vaxtlar Statistika idarəsi deyilən bir idarə var idi
  • Dünən, 09:25
    Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
  • Dünən, 09:17
    "Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
  • Dünən, 08:47
    Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • 25-10-2026, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • 25-10-2026, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • 25-10-2026, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • 25-10-2026, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə