• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İlham Əliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub - FOTO

Gündəm / Siyasət

21-07-2023, 11:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir. Kəndin inkişafı, burada məskunlaşacaq əhali üçün rahat və sağlam yaşayış mühitinin yaradılması, sakinlərin məşğulluq sahələri və istirahət əraziləri ilə təmin edilməsi prioritetlər arasındadır. Bunun nəzərə alaraq yenidənqurma üzrə təqdim olunan konsepsiya ərazinin təbii landşaftını qorumaqla Daşaltı kəndinin müasir tələblərə cavab verən yenilənəcək simasını nümayiş etdirir. Kənddə ictimai və yaşayış mərkəzlərinin, mədəniyyət və təhsil ocaqlarının qurulması, sosial və ictimai obyektlərin inşası, turizm sahələrinin yaradılması, nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi, ərazinin yaşıllaşdırılması, kəndin ekoloji təmiz enerji ilə qidalandırılması üçün infrastrukturun təmin olunması nəzərdə tutulur.

Qeyd olunub ki, görüləcək işlər 65 hektara yaxın ərazini əhatə edir. Buraya 220 ailənin köçürülməsi planlaşdırılır. Məskunlaşdırılması nəzərdə tutulan əhalinin ümumi sayı isə 1100 nəfər olacaq. Sakinlərin yaşayışı üçün ümumilikdə 228 ev inşa ediləcək. Bundan başqa, ikimərtəbəli çoxmənzilli 9 bina, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) 66 ev və 153 ikimərtəbəli fərdi ev tikiləcək. Kənddə, həmçinin məscid, Bayraq meydanı, informasiya mərkəzi, qonaq evi, xalq sənətkarlığı emalatxanaları, qida məhsullarının satış köşkləri, ictimai-iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-icma mərkəzi, hotel və istirahət mərkəzi, aktiv turizm və istirahət zonalarının yaradılması planlaşdırılır.
Bildirilib ki, ikimərtəbəli bloklaşdırılmış (“townhouse” tipli) evlər konsepsiyası kənd ərazisində şəhərin praktikliyini təmin etmək məqsədi daşıyır. Bir-birindən ortaq divarla ayrılan üçotaqlı və dördotaqlı yaşayış blokları optimal quruluşuna görə az sahədə bir neçə ailənin yaşamasına imkan yaradır və eyni zamanda, onların hər birini şəxsi həyət və terras ilə təmin edir. Həmçinin azmərtəbəli çoxmənzilli tikililər ərazidə yüksək sıxlıq yaratmamaqla əhalini kiçik sahədə yerləşdirmək imkanı verdiyinə görə kəndin planlaşdırılmasında ən optimal həll hesab olunur. Binaların ətrafında sakinlər üçün ümumi istirahət sahələri, yaşıllıqlar, avtomobil dayanacaqları nəzərdə tutulub.

Qeyd edilib ki, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir. Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda hotel və istirahət mərkəzi tikiləcək. Hotel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq hotel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

20-07-2023, 15:48

İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub

Siyasət

15-07-2022, 21:46

İlham Əliyev: "Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təklifləri yəqin ki, yaxın aylarda mənə təqdim ediləcək"

İqtisadiyyat

8-08-2022, 17:15

Cəlilabadın 10 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

İqtisadiyyat

18-07-2023, 20:04

Özbəkistan nümayəndə heyəti Şuşada görülən işlərlə tanış olub

Təhsil

10-09-2022, 18:19

İlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub

Siyasət

13-08-2022, 21:25

Şəhər və rayonlar dövlət başçısının diqqət mərkəzindədir

Siyasət

13-08-2022, 13:38

İlham Əliyevin bölgələrə səfərləri xalqa qayğının, dövlətin inkişafına önəmin göstəricidir

Siyasət

6-08-2022, 21:20

Zəngilanın baş planı açıqlandı    

Siyasət

12-08-2022, 14:13

İlham Əliyev və Mehriban Əliyeva “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar - YENİLƏNİB

Gündəm / Siyasət

13-06-2023, 14:55

Prezident İlham Əliyev: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır”

Siyasət

22-07-2022, 17:48

Ermənistanın çarəsizliyi artır - Azərbaycanın YENİ PLANI

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Dünən, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
Dünən, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Xəbər lenti
  • Bu gün, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Bu gün, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Bu gün, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Bu gün, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Bu gün, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Bu gün, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Bu gün, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • Dünən, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • Dünən, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • Dünən, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • Dünən, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • Dünən, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • Dünən, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • Dünən, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • Dünən, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • Dünən, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • Dünən, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • Dünən, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • Dünən, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • Dünən, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • Dünən, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • Dünən, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • Dünən, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • Dünən, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Dünən, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • Dünən, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • Dünən, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • Dünən, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • 18-09-2026, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • 18-09-2026, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə