• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azərbaycana test üsulunu kim gətirib? - Sabir Rüstəmxanlı və Firudin Ağasıoğlu danışır

Gündəm

31-08-2023, 19:20

Şadlanan ata-analar, valideynlərə edilən gözaydınlığı zəngləri, sosial şəbəkələrdə uçuşan təbriklər, ziya yoluyla addımlayacaq gənclər… Ali məktəblərə builki qəbul imtahanlarının sevinclə dolu mənzərəsidi bu. Və təbii ki 21 il əvvəl alim mıktəblərə qəbulda ilk dəfə olaraq test imtahanı üsulunun tətbiqinə göstəriş verməklə bu günün təməlini qoymuş böyük insanı – Əbülfəz Elçibəyi və onun silahdaşı olan nəhəng ziyalımızı – Vurğun Əyyub bəyi rəhmətlə anmaq, həmçinin bu misilsiz əməyin başında dayanmış professor Firudin Ağasıoğluna, onunla birlikdə zəhmət çəkmiş ziyalılarımıza dərin ehtiram bildirmək borcumuzdur.

Ölkədə ali məktəblərə rüşvətsiz, tapşırıqsız qəbulu həyata keçirməyi məhz bu böyük kişilər bacardı. Və elə bir təməl atdılar ki, sarsılmadı, bu gün o təməlin üzərində minlərlə gəncimiz arzusuna qovuşur.

Qısaca bildrək ki, Azərbaycanda Test üsulunun tətbiqi təşəbbüsü ilə ilk dəfə 1992-ci ilin may ayının 28-də Azərbaycan Ana Torpaq Partiyası çıxış edib (AATP-nin təsisçisi Rövşən Qəmbər, partiya təsisçiləri sırasında dövrün tanınmış şəxsləri İxtiyar Şirin, Siracəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, professor Rafiq Əliyev, Fəridə Məmmədova, professor Famil Mehdi də olub). AATP ölkədə rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edib və bunu ən vacib problemlərdən biri sayaraq parlament qarşısında məsələ qaldırıb. 15 noyabr 1992-ci ildə ali məktəblərə qəbulun test üsulu ilə keçirilməsi haqqında qərar verilib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub hökumətin ən böyük tarixi uğurunu gerçəkləşdirib.

Ölkədə test üsulunun tətbiqində Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, mərhum Turan Yazqanın da adı çəkilir. Deyilənə görə, test üsulunun ölkəmizdə tətbiqində onun da əməyi olub. Bunu dəqiqləşdirmək üçün xalqın yazıçısı, millət vəkili Sabir Rüstəmxanlıya müraciət etdik. Sabir bəy "Sherg.az"a açıqlamasında Turan Yazqanın test üsulunun tətbiqində hər hansı xidməti barədə məlumatsız olduğunu dedi:

- Azərbaycanda test üsulunun tətbiqində Əbülfəz Elçibəyin, Vurğun bəyin, Firudun bəyin əməyi danılmazdır. Onların sayəsində test üsulunun tətbiqinə başlanıldı və 1992-ci ildə ölkə üzrə ali məktəblərə qəbul imtahanları ilk dəfə olaraq test üsulu ilə keçirildi. Amma yəqin ki, Türkiyə ilə də məsləhətləşmələr aparılıb, çünki bizim test üsuluyla bağlı məlumatımız yox idi. Bu üsulun necə tətbiq olunduğu Türkiyədən öyrənildi. Turan Yazqan hocamızın test üsulunun ölkəmizdə tətbiqində hər hansı rolu, xidməti barədə isə heç nə deyə bilmərəm. T.Yazqan türk dünyasının böyük şəxsiyyəti idi, mənim də yaxın dostum olub, bu dostluğumuz o, rəhmətə gedənədək də davam etdi. T. Yazqanın ən böyük fəaliyyətlərindən biri Bakıda Atatürk Litseyini açması oldu. Bilirsiniz ki, bu litseyin məzunları harada olursa-olsunlar ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

Professor Firudin Ağasıoğlu da "Sherg.az"a açıqlamasında test üsulunun tətbiqində Türkiyə təcrübəsindən istifadə edildiyini xatırlatdı:

- O zaman mən baş nazirin müavini idim və bu işin icrası mənə həvalə edilmişdi. Əlbəttə ki, test imtahanlarının tətbiqində qardaş Türkiyənin köməyi əvəzsiz idi. Misir Mərdanov da o zaman təhsil nazirinin müavini idi. Misir Mərdanov və Vurğun Əyyubu Türkiyəyə göndərdik ki təcrübəylə tanış olsunlar, test materiallarını, lazımi sənədləri Azərbaycana gətirsinlər. Onlar da qaydalarla tanış oldular, sənədləri də gətirdilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı və V.Əyyub sədr təyin edildi. İlk dəfə test üsulu ilə Türkiyə ali məktəblərinə qəbul həyata keçirdik və 2 min tələbəni qardaş ölkəyə təhsil almağa göndərdik. 3 ay sonra isə bütün ölkə üzrə ali məktəblərə qəbul imtahanları test üsuluyla həyata keçirildi. Türkiyədən də bir xanım mütəxəssiz dəvət edilmişdi, o da təcrübəni bizimlə paylaşırdı, kömək edirdi. Turan Yazqanın test üsuluyla bağlı hər hansı xidməti olmayıb. Onun ayrı xidmətləri var və bu xidmətlər türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. (SHERG.AZ)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Təhsil

2-08-2022, 20:10

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə güzəşt...

Təhsil

29-08-2022, 09:56

Bu gün bağçalara işə qəbul üzrə test imtahanı keçiriləcək

Təhsil

15-08-2022, 20:07

Direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları hazırlandı

Təhsil

2-08-2022, 14:10

Bağçalarda işə qəbul BAŞLAYIR

Təhsil

3-08-2022, 11:16

Məktəb direktorlarının işə qəbuluna başlanılır

Təhsil

1-08-2022, 19:26

Sabahdan bağçalara işə qəbul müsabiqəsi başlayır

Təhsil

29-08-2022, 17:00

Nazirlikdən sertifikatlaşdırma ilə bağlı yayılan iddialara cavab

Təhsil

7-08-2022, 16:20

Uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb

Təhsil

30-08-2022, 10:40

Bu gündən müəllimlərin sertifikasiyasına başlanılır (YENİLƏNİB)

Təhsil

18-07-2022, 13:23

İmtahan sualları əvvəlcədən ötürülübmüş - Ad açıqlandı

Təhsil

19-10-2022, 09:51

Müəllimlərin sertifikasiyasında müsahibə mərhələsi çox asan olacaq - ZƏRURİ TÖVSİYƏLƏR

Təhsil

8-08-2022, 18:17

Uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul imtahanının nəticələri açıqlanıb

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Bu gün, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Bu gün, 11:42
Xəzər dənizində zəlzələ olub
Dünən, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
Xəbər lenti
  • Bu gün, 17:37
    “Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə STOP QOYULDU - TƏFƏRRÜAT
  • Bu gün, 17:01
    Prezident icra başçısını vəzifəsindən azad etdi
  • Bu gün, 16:54
    Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
  • Bu gün, 16:44
    Bu gün ABŞ-Ukrayna-Rusiya üçtərəfli görüşü baş tuta bilər
  • Bu gün, 16:18
    Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:11
    “Trendyol” sifarişləri gecikir - Quru yolla daşınır?
  • Bu gün, 15:36
    Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
  • Bu gün, 15:26
    Energetik Mürsəliyevin təhsilə uzanan əli - Həmdullayev necə sürətlə yüksəlib? - Faktlar...
  • Bu gün, 15:00
    "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turu başlayıb
  • Bu gün, 13:45
    İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
  • Bu gün, 13:36
    Necə olur ki, Elxan İsmayılov “Fəxri dəmiryolçu” adına layiq görülür? - Hansı konkret xidmətinə görə?..
  • Bu gün, 13:22
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:10
    Hande Erçel Cennifer Lopezlə bir arada - Foto
  • Bu gün, 12:36
    Türkiyədə zəlzələ olub
  • Bu gün, 12:23
    51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
  • Bu gün, 11:42
    Xəzər dənizində zəlzələ olub
  • Bu gün, 11:24
    Di gəl ki, kasıb səhiyyə çox zəngin çocuqlar yetişdirə bilib.
  • Bu gün, 10:25
    Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar
  • Bu gün, 10:15
    Satışda vaxtı keçmiş UŞAQ QİDASI... - BU NƏDİ BELƏ?
  • Bu gün, 09:54
    Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
  • Bu gün, 09:43
    "“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır
  • Bu gün, 09:26
    Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
  • Bu gün, 09:22
    Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • Bu gün, 08:55
    Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    İngiltərənin cənubunda miqrantlara qarşı keçirilən aksiyada 6 nəfər saxlanılıb
  • Dünən, 18:40
    Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib
  • Dünən, 18:23
    Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH
  • Dünən, 18:05
    Respublikamızda qanunsuz tikililərin ən çox vüsət aldığı yerlərdən biri, bəlkə də birincisi Bakının Suraxanı rayonudur.
  • Dünən, 17:50
    Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub
  • Dünən, 17:30
    Gülnaz Dadaşova pasiyentlərin yeməyi kəsir - Xəstələrdən videofakt
  • Dünən, 17:14
    Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
  • Dünən, 17:03
    “Kristal Bakı”nın külli miqdarda vergi borcu var? - Sorğu
  • Dünən, 15:51
    Martin Ryan Lənkəran Cəzaçəkmə Müəssisəsindən azadlığa buraxılıb
  • Dünən, 15:42
    Yeni Günəşlidə "gözdən pərdə asırlar" - Əsas yollar yenə kənarda qalıb- VİDEO
  • Dünən, 14:51
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə