Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda güclü yanğın başladı - Yenilənir

30.08.2024 15:25 494 1 dəq oxunur
Bakıda güclü yanğın başladı - Yenilənir
Bakının Suraxanı rayonu istiqamətində yanğın başlayıb.

Yanğından sonra yayılan qatı tüstü paytaxtın, demək olar, bütün ərazilərindən görünür.

İlkin məlumata görə, ərazidəki yanğın neft çənindən başlayıb.

***

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.
Bakıda güclü yanğın başladı - Yenilənir

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az