Sizin reklam burada 728×90
Son dəqiqə

Bakıda qadın iki kişini bıçaqladı

16.09.2024 10:57 598 1 dəq oxunur
Bakıda qadın iki kişini bıçaqladı
Bakıda qadın 2 kişini bıçaqlayıb.

Hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.

Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.

A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.

Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az