Sizin reklam burada 728×90
Son dəqiqə

Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü

25.11.2024 10:52 382 1 dəq oxunur
Ağdaşda ailə faciəsi: Qardaş qardaşı öldürdü
Ağdaşda qətl törədilib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.

Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb. Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.(lent)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az