Sizin reklam burada 728×90
Son dəqiqə

İran polisi 2 azyaşlı uşağı GÜLLƏLƏDİ-FOTO

02.08.2022 13:00 542 1 dəq oxunur
İran polisi 2 azyaşlı uşağı GÜLLƏLƏDİ-FOTO
İran polis qüvvələrinin Mərivan şəhər sakininin avtomobilinə atəş açması nəticəsində 9 və 11 yaşlı iki uşaq həlak olub.


bakunews.az lent.az-a istinadən xəbər verir ki, iyulun 31-də baş verən hadisə zamanı polis məmurları Mərivan şəhər sakini Rəhman Raşidi Məneşin şəxsi avtomobilini atəşə tutublar.

Bu zaman maşında olan və ağır güllə yarası alan 2 uşaq dünyasını dəyişib.

Öldürülən uşaqların Rəhman Raşidi Məneşin övladları olduğu bildirilir. Məlumata görə, uşaqların atası və anası da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumatda qeyd olunub ki, polis məmurları əvvəlcədən heç bir xəbərdarlıq etmədən Raşidi Məneşin avtomobilini gülləbaran ediblər.

İranın məhkəmə və hüquq-mühafizə orqanları hələlik hadisə barədə, habelə vətəndaşın avtomobilinə atəş açılmasının səbəbi ilə bağlı heç bir açıqlama verməyib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az