Son Türkiyə çempionu "Trabzonspor"un sabiq futbolçusu İbrahim Yattaranın instaqram hesabı oğurlanıb.
bakunews.az report-a istinadən xəbər verir ki, hesabı "hack" edən şəxs 42 yaşlı Yattaranın profilində direktə yazılan mesajları paylaşıb.
Hazırda profildə təhlükəsizlik qaydasındadır.
Qeyd edək ki, İbrahim Yattara 2003 - 2011-ci illərdə "Trabzonspor"da çıxış edib. Qvineyalı futbolçu Türkiyə Super Liqasında 193 oyuna 32 qola imza atıb.
bakunews.az