Sizin reklam burada 728×90
Son dəqiqə

Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri Bakıya qayıdıblar

02.07.2024 00:31 225 1 dəq oxunur
Avropa çempionu olan Azərbaycanın sərbəst güləşçiləri Bakıya qayıdıblar
Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisi Bakıya qayıdıb.

Bakunews.az-ın report-a istinadən məlumatına görə, yığmanı Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət nümayəndələri, azarkeşlər və KİV təmsilçiləri qarşılayıblar.

Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıblar.

Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az