Sizin reklam burada 728×90
Son dəqiqə

"Qarabağ"ın oyununda VAR istifadə olunacaq? – Rəsmi

30.07.2022 17:20 534 1 dəq oxunur
"Qarabağ"ın oyununda VAR istifadə olunacaq? – Rəsmi
Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

bakunews.az axar.az-a istinaden xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb.

Bildirilir ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.

Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, "Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az