Sizin reklam burada 728×90
Son dəqiqə

"Neftçi" futbolçu Arveladzenin oğlunu transfer edib

06.08.2022 13:51 503 1 dəq oxunur
"Neftçi" futbolçu Arveladzenin oğlunu transfer edib
"Neftçi" daha bir gürcüstanlı futbolçu transfer edib.

bakunews.az-nun report-a istinadən məlumatına görə, bu, 24 yaşlı Vaxtanq Arveladzedir.

O, ikinci hücumçu mövqeyində çıxış edir.

"Ağ-qaralar" daha əvvəl qonşu ölkədən mərkəz müdafiəçisi Solomon Kvirkveliyanı heyətinə qatıb.

Qeyd edək ki, qısaca "Vaxo" kimi tanınan Vaxtanq Arveladzenin atası Revaz Arveladze Almaniyanın "Homburq" komandasında oynayarkən həmin ölkədə doğulub. V.Arveladze Türkiyədə "Kasımpaşa"nın ikinci komandasında, Polşada "Korona" klubunda legioner həyatı yaşayıb. Onun sonuncu klubu Türkiyənin "Fatih Karagümrük" komandası olub. Məşhur Şota və Arçil Arveladze qardaşları Vaxtanqın əmiləridir.

Əvvəllər "Neftçi" Şota Arveladzeni baş məşqçi kimi komandaya gətirmək istəyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az