Sizin reklam burada 728×90
Son dəqiqə

"Zirə" 2 yeni futbolçu transfer edib

16.08.2022 17:56 545 1 dəq oxunur
"Zirə" 2 yeni futbolçu transfer edib
"Zirə" heyətinə iki yeni futbolçu cəlb edib.

Klubdan bakunews.az-ya report-a istinadən verilən məlumata görə, Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalanıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Rad", "Bask", "Srvena Zvezda", "Vojdovaç", Polşanın "Rakuv", Portuqaliyanın "Famalikan" klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarının formasını geyinib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az