Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
bakunews.az-nun report-a istinadən məlumatına görə, yığma bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb.
Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib.
Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.
bakunews.az