Quba sakini Cəmil Əliyev Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində təşkil olunan xüsusi testdə müvafiq qaydalara uyğun şəkildə 10 saat fasiləsiz üzərək ölkə üzrə yeni statistik rekord müəyyənləşdirib.
Rekord Gənclər və İdman Nazirliyinin dəstəyi ilə rəsmiləşdirilib. Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində isə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Cəmil Əliyevə rekordla bağlı sertifikat təqdim edilib.