Sizin reklam burada 728×90
Son dəqiqə

Çempionlar Liqası: Ən çox tamaşaçı Bakıda olub

14.07.2022 11:16 483 1 dəq oxunur
Çempionlar Liqası: Ən çox tamaşaçı Bakıda olub
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

bakunews.az-nun report-a istinadən məlumatına görə, 15 matçda ümumilikdə 95 mindən çox tamaşaçı iştirak edib.

Ən çox fanat Bakıda "Qarabağ" və "Lex" komandaları arasında keçirilmiş qarşılaşmada olub. Görüşü 27 652 tərəfdar izləyib.

İkinci pillədə 20 022 tamaşaçı ilə "Dinamo" (Batumi, Gürcüstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı yer alıb. İlk "üçlüy"ü "Ferentsvaroş" (Macarıstan) - "Tobol" (Qazaxıstan) görüşü tamamlayıb - 17 347.

Qeyd edək ki, "Qarabağ" rəqibini 5:1 hesabı ilə məğlub edib. "Köhlən atlar" Poznandakı ilk oyunda minimal hesabla uduzub - 0:1.



bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az