Sizin reklam burada 728×90
Son dəqiqə

Tofiq Musayevlə Vüqar Kərəmovun növbəti rəqibləri məlum oldu -

10.07.2023 15:07 372 1 dəq oxunur
Tofiq Musayevlə Vüqar Kərəmovun növbəti rəqibləri məlum oldu -
Azərbaycanın MMA döyüşçüləri Tofiq Musayev və Vüqar Kərəmovun “Super Rizin2” turnirindəki rəqibləri bəlli olub.

Yarışın Mətbuat Xidmətinin yaydığı məlumata görə, 71 kq çəki dərəcəsində çıxış edən Tofiq Musayev yaponiyalı Akira Okada ilə üz-üzə gələcək.

66 kq-dakı Vüqar Kərəmov isə digər yapon döyüşçü Mikuru Asakura ilə görüşəcək.

Qarşılaşmalar iyulun 30-da Yaponiyadakı “Saitama Super Arena”da baş tutacaq.





BakuNews.Az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az