Sizin reklam burada 728×90
Son dəqiqə

Çempionlar Liqası: “Qarabağ” “Linkoln”u qəbul edir - AFİŞA

19.07.2023 11:09 869 1 dəq oxunur
Çempionlar Liqası: “Qarabağ” “Linkoln”u qəbul edir - AFİŞA
Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

BakuNews.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllüttariqdə baş tutmuş ilk oyunda “Qarabağ” 1:2 hesablı qələbə qazanıb.

Cütün qalibi II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu

19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllüttariq)

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az