• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Mikro sahibkarların nəzərinə!

İqtisadiyyat

27-12-2023, 00:14

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş torpaqlarımızın milli iqtisadiyyata sürətli inteqrasiyası, bu ərazilərdə biznesin canlanması məqsədilə tədbirlər davam etdirilir.
Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, bu ərazilərdə əhalinin dayanıqlı məskunlaşması, davamlı iqtisadi aktivliyin təmin olunması prioritet istiqamətlərdəndir.

Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranmışdır. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (fast food, dönər və s.), çay evi, bərbərxana və gözəllik salonu, dərzi və başmaqçı, çilingər, santexnika və elektrik xidmətləri, məişət və elektrik cihazlarının təmiri məntəqəsi) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən mikro sahibkarlıq subyektlərinə (10 nəfərədək işçisi və 200 min manatadək illik dövriyyəsi) əməkdaşlıq təklif edilir. Müraciətçilərə dair tələblər:

• Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması;
• Müvafiq sahə üzrə təcrübəyə malik olması;
• Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və digər öhdəliklərinin olmaması;
• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması.

Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi sahibkarqarabag@emlak.gov.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

• Şəxsiyyət vəsiqəsinin surəti;
• VÖEN-in surəti;
• Dövlət büdcəsi qarşısında vergi, DSMF və digər öhdəliklərə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən arayış;
• Müvafiq sahə üzrə təcrübə haqqında məlumat.

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra vergi güzəştləri və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur.

Vergi güzəştləri:
• İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
• işğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
• İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.
• İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur.
• işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur.
• Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir.
• Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.

Əməkhaqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı:
• İşəgötürənlər işçi heyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Əməkhaqqının 50%-i işəgötürən tərəfindən, 50%-i isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcəkdir.

Sosial güzəştlər:
• Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.
• şğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.


Sosial sığorta güzəştləri:

• Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:
• 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;
• 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;
• 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;
• 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.
• Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.

Kommunal güzəştlər:
• Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 (iyirmi) faizi məbləğində maliyyə yardımı ödənilir.

Əlavə məlumat üçün: 012 311 01 60 (daxili 1206)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

11-03-2023, 22:17

Ağdamda İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib - FOTO

Cəmiyyət

1-10-2023, 18:24

“İşğaldan azad olunmuş ərazilərdə yeni prokurorluq binaları inşa ediləcək”

Cəmiyyət

18-08-2022, 20:16

DSX rəisi: "Azad edilmiş ərazilərdə sərhəd nəzarəti işinin təşkilinə başlanılıb"

Siyasət

7-09-2022, 17:58

İşğaldan azad olunmuş ərazilərdə könüllü proqramına start verilir

Cəmiyyət

12-08-2022, 10:37

Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir

Siyasət

13-08-2022, 15:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır - Sevil Mikayılova

Siyasət

22-07-2022, 17:48

Ermənistanın çarəsizliyi artır - Azərbaycanın YENİ PLANI

Gündəm / Cəmiyyət

13-12-2023, 12:54

Azad edilmiş ərazilərdə 2 ali təhsil müəssisəsi YARADILACAQ

Cəmiyyət

26-10-2023, 10:06

Qubadlının işğaldan azad edilməsi tarixi hər zaman qürur və fəxarət hissi ilə xatırlanacaq

Cəmiyyət

24-11-2023, 19:04

Kəlbəcərin işğaldan azad olunmasından üç il ötür

Siyasət

20-09-2022, 15:33

Laçının Zabux və Sus kəndləri yenidən inşa ediləcək - SƏRƏNCAM

Siyasət

8-06-2023, 14:12

DSX rəisi: “Sərhəd infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür”

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
Xəbər lenti
  • Dünən, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Dünən, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Dünən, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Dünən, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Dünən, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • 19-09-2026, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • 19-09-2026, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • 19-09-2026, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 19-09-2026, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
  • 19-09-2026, 15:40
    Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM
  • 19-09-2026, 15:11
    SOCAR Tech-də yeni direktor təyin olundu - FOTO
  • 19-09-2026, 14:37
    İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
  • 19-09-2026, 13:25
    17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
  • 19-09-2026, 13:24
    Nazpəri Dostəliyeva 20 il sonra ilk dəfə bunu etdi
  • 19-09-2026, 13:22
    Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
  • 19-09-2026, 13:22
    Türkiyə İran Bankı Mellatın lisenziyasını ləğv edib
  • 19-09-2026, 13:20
    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında mərhələ adladı
  • 19-09-2026, 13:18
    Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
  • 19-09-2026, 13:14
    Attestasiya işində hüquqşünasın mühüm uğuru
  • 19-09-2026, 12:47
    Bazar günü arabir yağış yağacaq
  • 19-09-2026, 12:29
    İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur
  • 19-09-2026, 11:55
    XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib
  • 19-09-2026, 10:19
    Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • 19-09-2026, 09:47
    Goranboy təhsilində ŞÜBHƏLİ TƏYİNAT - BU NƏDİ BELƏ?
  • 19-09-2026, 09:22
    Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir
  • 19-09-2026, 09:01
    "№1 Çörək Zavodu"nun sahibi dövlətə külli miqdarda BORCLANDI - FOTOFAKT
  • 19-09-2026, 08:47
    WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
  • 18-09-2026, 19:00
    Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
  • 18-09-2026, 18:30
    Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
  • 18-09-2026, 18:00
    Oktyabrda İçərişəhərdə qastronomiya festivalı keçiriləcək
  • 18-09-2026, 17:49
    Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
  • 18-09-2026, 17:40
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 17:38
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə