Sizin reklam burada 728×90
Son dəqiqə

Dollardan 20 illik rekord: Ən yüksək məzənnə...

12.07.2022 16:22 573 1 dəq oxunur
Dollardan 20 illik rekord: Ən yüksək məzənnə...
ABŞ dolları çərşənbə axşamı Avropa ticarətində son 20 ilin ən yüksək səviyyəsinə qalxıb.

"APA-Economics" xəbər verir ki, EUR/USD məzənnəsi 0.31% azalaraq 2002-ci ilin dekabrından bəri ilk dəfə 1.0009 səviyyəsinə enib.

Məlumata görə, avronun məzənnəsinin paritetə yaxınlaşması Avropanın enerji ilə bağlı narahatlıqları və tüğyan edən inflyasiyanın qarşısını almaq üçün monetar siyasətini sərtləşdirən ABŞ-nin Federal Ehtiyat Sisteminin daha aqressiv faiz artımı ilə bağlıdır. Belə ki, FED iyun ayında uçot dərəcəsini 75 baza bəndi artırıb ki, bu da 1994-cü ildən bəri ən böyük dərəcə artımıdır. ABŞ-da inflyasiyanın artmasının dolların bahalaşmasına təkan verəcəyi gözlənilir.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az