ABŞ-da benzinin bahalaşması səbəbindən ölkə vətəndaşlarının dörddəbiri elektriklə işləyən avtomobillərə keçmək istəyir.
Bu barədə qeyri-kommersiya Amerika Avtomobil Assosiasiyasının keçirdiyi sorğuda qeyd edilir.
“Bu, xüsusilə gənc nəsilin nümayəndələrinə aiddir. Onlar pula qənaət etməyin yollarını axtarırlar”, - deyə Assosiasiyanın avtomobil və sənaye əlaqələri direktoru Qrek Brannon izah edib.
Sorğunun nəticələrinə görə, ABŞ-da gənclərin 30%-i gələcəkdə elektriklə işləyən avtomobil sürmək üçün yanacaqdan uzaqlaşmağı planlaşdırır. Elektrikli avtomobillərin lehinə çıxış edənlərin 77%-i isə qərarını benzinə qənaət etmək istəyi ilə izah edib.
Mənbə: İzvestiya
bakunews.az